Şuşadan Budapeştə...
20.05.2025 [09:43]
TDT tarixində bir ilk
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək. Bu barədə Türk Dövlətləri Təşkilatının Katibliyindən bildirilib.
Verilən məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunacaq Zirvədə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı, müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi də iştirak edəcək.
Zirvənin sonunda TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən “Budapeşt Bəyannaməsi”nin qəbulu, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Azərbaycandan gələn təşəbbüs
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nin tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsaında həyata vəsiqə alıb. Belə ki, TDT-nin dövlət başçılarının ilk qeyri-formal Zirvə Görüşü ötən il iyulun 6-da bütün Türk dünyasının mədəniyyət paytaxtı sayılan Şuşafda baş tutub. İlk dəfə olaraq TDT-yə üzv və müşahidəçi dövlətlərin başçıları azad Şuşada “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən qeyri-rəsmi Zirvə Görüşündə bir araya gəldilər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Şuşada baş tutan Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə Türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha diqqət mərkəzinə gətirdi. Ümumi fikir və siyasi iradə Şuşada qəbul olunan “Qarabağ Bəyannaməsi”ndə öz əksini tapdı.
Cari ildə isə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-formal Zirvə Görüşü TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçiriləcək və bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunun təsdiqidir. TDT-nin önəmli tədbirinin ilk dəfə Avropada baş tutması da mühüm faktdır. Macarıstan Avropa İttifaqının (Aİ) üzvü olsa da, Türk dünyası ilə əməkdaşlığın günişlənməsinə qətiyyətli siyasi iradə ortaya qoyur. Bu ölkə 2018-ci ildən TDT-da müşahidəçi statusunu daşıyır və quruma tamhüquqlu üzv olmağı hədəfləyib. Hazırda təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Ortaq tarix və yeni geosiyasi reallıqlar
Rəsmi Budapeştin Türk dünyası ilə sıx inteqrasiyaya çalışması təsadüfi deyil. Bu, bilavasitə tarixlə bağlıdır. Macarıstanın baş naziri V. Orbanın qeyd etdiyi kimi, “macarlar qıpçaq türkləridir, Macarıstan isə xristian türklərin torpağıdır”. Eyni zamanda, burada yeni geosiyasi realıqları da nəzərə almaq lazımdır. V.Orbanın da dəfələrlə bildirdiyi kimi, Macarıstan üçün meydana çıxan əsas çağırışlardan biri enerji təchizatı ilə bağlıdır. Şərqi Avropada uzanan müharibə səbəbindən “qoca qitə”nin ənənəvi enerji təchizatı marşrutları pozulub və ölkələr çətinliklərlə üzləşiblər. Verilən məlumata görə, Macarıstanın illik qaz istehlakı 9-10 mlrd. kubmetrdir və bunun cəmi 1,5 mlrd. kubmetrini daxili istehsal təşkil edir. Yeni şəraitdə Macarıstan özünün enerji təhlükəsizliyini tarixi köklərlə bağlı olduğu Türk dövlətlərinə güvənərək həll etmək niyyətindədir. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində Macarıstanın enerji təchizatı mənbələrini şaxələndirməsinə böyük imkanlar açılır. Xatırladaq ki, Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb. İmzalanan sənədə əsasən bu ölkə Türkiyədən 275 milyon kubmetr təbii qaz alacaq və artıq 2024-cü ildən etibarən tədarükə start verilib.
Enerji dialoqu Azərbaycanla Macarıstan arasında da genişlənən əməkdaşlığın mühüm bir istiqamətini təşkil edir. Ötən il ilk dəfə olaraq Macarıstan Azəbaycandan qaz alıb. İmzalanan sazişə əsasən ölkəmizdən Macarıstana illik qaz ixracının həcminin 1 milyard kubmetrə çatdırılması hədəflənib.
Azərbaycanla, Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etmir. Bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları da mövcuddur. Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpa olunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədir. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpa olunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq.
Qlobal Şərqlə Qlobal Qərb arasında körpü - Türk dünyası
Budapeştdə “Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələləri müzakirə etmək kimi mühüm məsələlər müzakirə olunacaq. TDT-yə üzv ölkələr, eləcə də müşahidəçi dövlətlər arasında ticarətin həcmi 2024-cü ilin sonunadək 68,8 milyard dollara çatıb. Qarşılıqlı ticarətin atırılması üçün imkanlar isə bundan daha çoxdur.
Perspektiv əməkdaşlıq yalnız Türk dünyası daxilində əlaqələrin genişləndirlməsi ilə məhdudlaşmır. Budapeşt Zirvə görüşü üçün seçilən müzakirə mövcusu olduqca aktualdır. Türk dövlətləri özlərinin coğrafi yerləşmələri ilə Qlobal Şərqlə Qlobal Qərb arasında təbii bağlantı qismində çıxış edirlər. Çin sərhəddindən başlayan Orta Dəhliz Mərkəzi Asiyadakı Türk dövlətlərindən, Azərbaycandan və Türkiyədən keçməklə Avropayadək uzanır. İndiki şəraitdə Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi zərurəti həm də bu xətt üzərində yerləşən ölkələrin zəngin resurslara malik olması ilə şərtlənir.
Burada Azərbaycanın qurduğu müasir infrastruktur mühüm əhəmiyyət daşıyır. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi istiqamətində intensiv iş aparılır. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
Budapeşt Zirvə Görüşü ərəfəsində Türk Dövlətləri Təşkilatı ilə Macarıstanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında “Birgə fəaliyyət planı” imzalanması da Qlobal Şərqlə Qlobal Qərb arasında əlaqələrin gücləndirlməsi baxımından çox mühüm hadisədir. Sənəd TDT-Avropa İttifaqı əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

