/ / Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirilib
Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirilib
22.05.2025 [16:50]
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

