Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
24.05.2025 [14:52]
Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Kuba Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində Kubanın xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini Anayansi Rodriqez Kamexo, eləcə də Karib Hövzəsi Birliyinə (KARİKOM) üzv dövlətlərin Kubada akkreditə olunmuş səfirləri ilə işçi görüşlər keçirilib, “Cubavision Internacional” televiziya kanalına müsahibə verilib.
Kuba xarici işlər nazirinin müavini ilə görüşdə iki ölkə arasında xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə və bu kontekstdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.
KARİKOM-a üzv dövlətlərin Kubadakı səfirləri ilə keçirilmiş görüş zamanı Azərbaycanın təşkilat və ona üzv ölkələrlə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanla sözügedən qurum arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin təşviqinə və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

