Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
27.05.2025 [19:07]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Əliyev övladı Səbuhi Əliyevin Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən öldürüldüyünü bildirib.
Zərərçəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin onun ibarət etdiyi avtomobilə düşməsi nəticəsində iki nəfər həlak olub, özü isə yaralanıb.
Digər zərərçəkmiş şəxs Rafiq Əhmədov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət aldığını bildirib.
Zərərçəkmiş Ramil Ələkbərov Xankəndidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını söyləyib.
Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini deyib.
Rəşad Abdullayev Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən tank əleyhinə raketin atılması nəticəsində xəsarət aldığını bildirib.
Digər zərərçəkmiş şəxslər - Elsevər Nəzərov Ağdərədə, Fəqan Haqverdiyev Ağdam rayonunda, Sirac Niftalıyev Xocalı rayonunda, Nadir Balayev, Rauf Yusifov və Orxan Fərzəliyev isə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.
Mirsaleh Heydərzadə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Şuşada düşmən tərəfinin atəşi nəticəsində yaralandığını söyləyib. O deyib ki, avtomobillə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən meşəlik istiqamətindən açılan atəş nəticəsində özü və avtomobildə olan digər şəxs yaralanıb.
Zərərçəkmiş şəxs Rahim İbrahimov Ağdərədə düşmən tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.
Aqil İspərzadə Xocavənd rayonu ərazisində düşmən tərəfindən mərmi atılması nəticəsində xəsarət alıb. Hadisə zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.
Zərərçəkmiş Ramil Xankişiyev bildirib ki, Ağdərədə kolların arasında düşmənin basdırdığı minanın partlaması nəticəsində özü və Xası Verdiyev yaralanıb. Hadisə zamanı Mirmusa Mehdizadə həlak olub.
Digər zərərçəkmiş şəxs Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.
Ərzulla Tağıyev Xocavənd rayonunda ermənilər tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını deyib.
Zərərçəkmiş şəxs Abdulla Əsgərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Xocavənddə tibb xidməti avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. “Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizi atəşə tutdular”, - deyə o qeyd edib.
Zərərçəkmiş digər şəxs Vaqif Xeyrullayev bildirib ki, Laçın rayonunda düşmənin açdığı atəş nəticəsində yaralanıb. Həmin vaxt onunla birlikdə olan Mirtalıb Ağayev həlak olub, Oruc Rzayev və adını xatırlamadığı bir neçə nəfər xəsarətlər alıb.
Mirhüseyn Dostuyev Xocavənddə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində sağ ayağından güllə yarası aldığını deyib.
Zərərçəkmiş şəxslər - Pərviz İskəndərli və Samir Fərzəliyev Xocalı rayonunda yaralanıqlarını söyləyiblər.
Samiq Əliyev Şuşa şəhəri yaxınlığında düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində xəsarət aldığını vurğulayıb.
Emil Cəfərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib. O qeyd edib ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub.
Nüsrət Kərimov Ağdam rayonunda düşmən tərəfinin atəşi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs onunla birlikdə yaralanan şəxslərdən birinin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib.
Aslan Əzizov isə diqqətə çatdırıb ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü, Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar.
Məhəmməd Qəyyumlu və Murad Hüseynov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söyləyib.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

