Milli Məclisin yaz sessiyası başa çatıb
31.05.2025 [10:56]
85 deputatın müraciəti əsasında növbədənkənar sessiya keçiriləcək
Mayın 30-da Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Spiker Sahibə Qafarova çıxış edərək 28 May Müstəqillik Günündə Laçın şəhərində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır: “Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir”.
Spiker: Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu
Onun sözlərinə görə, hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyətinin rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi. “Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq”, - deyə S.Qafarova vurğulayıb.
Millət vəkilləri cari məsələlərlə bağlı çıxış etdikdən sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı” dinlənilib. Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Bildirib ki, məlumat 3 bölmədən, 240 səhifədən ibarət olmaqla 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etməklə Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanıb. Hər il müvafiq dövlət qurumlarının fəaliyyətinin genişləndiyi və hesabatlılıq səviyyəsinin artması səbəbindən 2024-cü il üzrə nəticələr daha əhatəli və geniş tərtib olunub. 2023-cü ildən fərqli olaraq məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxlərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib.
Bahar Muradova: Nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib
B.Muradova qeyd edib ki, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilib. Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilib, qısamüddətli mühafizə orderinin müddəti artırılıb və onun verilməsi icbari olub. Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilib, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılıb. Məlumatda gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində əlaqədar dövlət orqanları, müvafiq institusional mexanizmlər, QHT və media qurumlarının ilbəil genişlənən və sistemli xarakter alan fəaliyyəti də əksini tapır.
Vurğulanıb ki, Daxili İşlər Nazirliyinə məişət zəminində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən cinayət hadisələrinin sayı azalıb: “Bu isə ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və güclənməsindən xəbər verir. Ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla ümumilikdə 359 mühafizə orderi icraatda olub. Onlardan 338-i qadınlara, 21-i isə kişilərə verilib. Bundan əlavə, 2023-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. Belə ki, nikaha daxilolma 49 min 508, boşanma isə 21 min 384 olub”.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, illik məlumatda idarəetmə və qərar qəbuletmə sahəsində qadınların iştirakçılığının artması ilə bağlı göstəricilər əks olunub. O, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlərin görüldüyünü, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edildiyini, həmçinin gender əsaslı və məişət zorakılığının aradan qaldırılması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi üçün lazımi normativ-hüquqi aktların qəbul olunduğunu qeyd edib.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq olunması məsələsinə baxılıb və müzakirələrdən sonra sənəd təsdiqlənib.
Yaz sessiyasında 14 iclas keçirilib, 65 qanun qəbul olunub
Yaz sessiyasına yekun vuran spiker Sahibə Qafarova bildirib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib. Müraciətə əsasən iyun ayında növbədənkənar sessiya keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24

