Növbədənkənar sessiyanın ilk iclasında...
04.06.2025 [10:37]
Ötən ilin dövlət büdcəsinin icrası haqqında sənəd müzakirəyə çıxarılıb
İyunun 3-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. Gündəliyə 7 məsələ daxil edilib.
Əvvəlcə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib. Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb. O, dövlətimizin başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb. Bu tezislərin konseptual yanaşma olmaqla bərabər, həm də özündə sosial-iqtisadi, o cümlədən büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini vurğulayıb.
Ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dollarına çatıb
A.Əmiraslanov 2024-cü ilin büdcəsinin ötən ildə müxtəlif istiqamətlər üzrə dövlət siyasətinin reallaşması üçün etibarlı maliyyə təminatı olduğunu və əlverişli makroiqtisadi şəraitdə icra olunduğunu söyləyib. Qeyd edib ki, büdcənin icrası 4,1 faizlik iqtisadi artımla, 2,2 faizlik ortaillik inflyasiya ilə müşayiət edilib. Komitə sədri büdcənin gəlir və xərcləri üzrə icrasını, büdcə kəsirinin və dövlət borcunun səviyyəsini, büdcə qaydasına tam riayət edilməsini müsbət dəyərləndirib.
Maliyyə naziri Sahil Babayev çıxış edərək 2024-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verib. O, bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda 2024-cü il Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf göstəriciləri və nailiyyətlərlə yadda qalıb. Dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclər müsbət dinamika ilə icra olunub. Ötən il neft və qeyri-neft sektorları üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında artım qeydə alınıb, illik inflyasiya hədəf diapazonunda qərarlaşıb, cari əməliyyatlar balansında profisit formalaşıb, milli valyutanın sabitliyi qorunub, valyuta ehtiyatları beynəlxalq normaları və xarici borc göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.
Nazir diqqətə çatdırıb ki, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşıb, 2024-cü ilin dövlət büdcəsi üzrə göstəricilərlə müqayisədə 10,5 faiz artıb. O, qeyd edib ki, ötən il çoxsaylı infrastruktur layihələri, Böyük Qayıdış proqramı, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar icra olunub, habelə əhalinin sosial, tibbi müdafiəsini təmin edən sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.
Dövlət büdcəsinin mədaxili 37,2 milyard manat olub
Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin mədaxili 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 milyard manat və ya 5,5 faiz çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 573 milyon manat və ya 3,1 faiz çox icra olunaraq 19,2 milyard manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 3,1 faiz-bəndi artaraq, 48,5 faizdən 51,6 faizə yüksəlib.
Ötən il vergi orqanları xətti ilə büdcəyə 15,8 milyard manat, gömrük orqanları xətti ilə isə 6,6 milyard manat vəsait təmin edilib. Vergi orqanları xətti ilə daxil olan vəsaitin 11 milyard manatı və ya 70 faizi qeyri-neft, 4,8 milyard manatı və ya 30 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 548 milyon manat və ya 2023-cü illə müqayisədə 67 milyon manat çox olub. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 12,8 milyard manat transfert edilib. Bütövlükdə, dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.
Çıxışının sonunda nazir 2024-cü ildə dövlət və icmal büdcələrinin icrası zamanı Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsinin təmin edildiyini bildirib.
Hesablama Palatasının rəyi...
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib. Palata sədri qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanın mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan söz açıb.
Bildirilib ki, Hesablama Palatası tərəfindən 2024-cü ilin dövlət büdcəsinin icrasına dair rəyin tərtib edilməsi zamanı 173 qurum üzrə 32,1 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2 faizini təşkil edir. Ümumilikdə, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 0,9 milyard manat artıb.
2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirləri çox icra edilib, layihədə göstərilmiş mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın yüksək səviyyədə hazırlandığını, iqtisadi hədəflərə uyğun olduğunu, habelə Hesablama Palatasının rəyinin obyektiv və dolğun şəkildə tərtib edildiyini bildiriblər, bəzi qeyd və təkliflərini də səsləndiriblər. Sonda qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra deputatlar gündəlikdə olan digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

