/ / Siyavuş Novruzov: “Milli şura”ya toplaşan insanlar hakimiyyətə gəlmək üçün hansı addımları desən ata bilərlər
Siyavuş Novruzov: “Milli şura”ya toplaşan insanlar hakimiyyətə gəlmək üçün hansı addımları desən ata bilərlər
27.08.2013 [09:47]
“Milli şura” müxtəlif addımlar atmaq istəyir və onların da biri iğtişaşların törədilməsidir. Bu məsələ ilə bağlı “El” təşkilatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov məlumat verib”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, Azərbaycan güclü, demokratik bir dövlətdir, qanunun aliliyi var: “Ona görə də bu hissdə, bu ağılda, bu düşüncədə kim olacaqsa, mən məsləhət görürəm ki, başqa şey haqqında fikirləşsin. Oraya toplaşan insanların böyük bir hissəsi hakimiyyətə gəlmək üçün kiminlə desən, işbirliyinə gedər, hansı addımları desən, ata bilərlər. Biz bunun onların namizəd irəli sürmələrində, xalqı nə qədər aldatmalarında, “Rüstəm İbrahimbəyov bu gün gəlir, sabah gəlir” məsələsində şahidi olduq. Rüstəm İbrahimbəyov elan edirdi ki, sənədləri təqdim etmişəm, sonra məlum oldu ki, hələ sənədlərini təqdim etməyib. Yəni bunlar üçün milli maraq, ümummilli dəyər, millətin mövqeyi qəti şəkildə ortada deyil, bunlar üçün ancaq şəxsi maraq, şəxsi fəaliyyət, şəxsi gəlir, nəyisə mənimsəmək önəmlidir”.
Millət vəkilinin sözlərinə görə, bu baxımdan “Milli şura” üzvlərindən nə desən, gözləmək olar: “Amma Azərbaycan güclü dövlətdir, kimliyindən, hansı partiyanın üzvlüyündən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir, qanundan kənar hansı hərəkətə yol versə, intizama cəlb olunacaq və qanun çərçivəsində lazımi addımlar atılacaq”.
Qeyd edək ki, “EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun “Milli şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

