Ulu öndərin xilaskarlıq missiyası
13.06.2025 [18:59]
Qurtuluş Günü bizə nə verdi? Bir sıra insanlar, həqiqətən, bu sualın cavabını bilmirlər, cavab tapmaq istəyirlər, bəziləri isə bilərəkdən özlərini bilməməzliyə vurub, düşüncələri zəhərləmək istəyirlər.
Cavabım hamıya aid olacaq. Çünki deyəcəklərim o şərəfli günün həqiqətlərini əks etdirəcək...
Keçən əsrin 90-cı illərinin əvvəllərini yaddan çıxarmaq olmaz. Heç bu mümkün də deyil.
Ölkəmizdə siyasi-iqtisadi vəziyyət nə günə düşmüşdü! Heç kimin gələcəyə ümidi qalmamışdı. Hakimiyyət uğrunda didişmələr, hərc-mərclik, başsızlıq, ordumuzun olmaması – bütün bunlar torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına, cəmiyyətdə başıpozuqluğa səbəb olurdu. Vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdıq. Azərbaycan böyük çətinliklərlə qazandığı müstəqilliyini itirə bilərdi! Vətənimiz, dövlətimiz parçalanmağa doğru gedirdi.
Deyirlər, hər millətin ağır dövründə həmin millətlərin böyük şəxsiyyətlər ortaya çıxır, xalqa, Vətənə dayaq olur. Azərbaycanın məhz, həmin dövründə xalqımız yeganə ümidini Heydər Əliyevə bağladı, Böyük Şəxsiyyəti köməyə çağırdı. Heydər Əliyevin özünün də dediyi kimi, Azərbaycanın çətin dövründə o, kənarda qala bilməzdi, qalmadı da! Xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldi.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, təxribatlara, terror aktlarına son qoyuldu, cəbhədə atəşkəs elan edildi, torpaqlarımızın işğalının qarşısı alındı, xarici və daxili düşmənlərimizin dövlətçiliyimizin dağılmasına yönəlmiş əməlləri ifşa olundu.
Ölkədə sabitlik yarandı, səsimiz bütün dünyaya çatdırıldı. Beynəlxalq təşkilatlarla əlaqələr yaradılmağa başlanıldı.
Heydər Əliyevin tarixi qayıdışı nüfuzlu dövlətləri Azərbaycanın mövqeyi ilə razılaşmağa təhrik etdi. Güclü ordu quruculuğuna başlanıldı. Ölkəmiz siyasi, iqtisadi və dövlət böhranından xilas oldu. “Torpaq islahatı haqqında Qanun” həyata keçirildi, “Əsrin müqaviləsi” imzalandı.
Xarici dövlətlər Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını təsdiq etdi
Artıq Azərbaycan müstəqil dövlət siyasəti yeritməyə başladı, uca tribunalardan səsimiz bütün dünyaya çatdırıldı.
Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda demokratik dövlət quruculuğu üçün baza yaradıldı. Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, parlamentimizə ilk demokratik və azad seçkilər keçirildi.
Heydər Əliyev Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün yorulmadan çalışırdı. O, dünya ölkələrinə səfəri zamanı hər yerdə Qarabağ problemini qabardır, cəsarətli çıxışları ilə torpaqlarımızın işğal edildiyini faktlarla sübuta yetirirdi.
Böyük dövlət xadiminin az zamanda həyata keçirdiyi cahanşümul işləri saymaqla bitirmək mümkün deyil!
1993-cü il 15 İyun Qurtuluş Günü xalqımızın istəyi ilə təsis edildi. Ona görə də Qurtuluş Günü respublikamızın vətəndaşları tərəfindən hər il bayram kimi qeyd edilir. Çünki Heydər Əliyev həmin gün ikinci dəfə siyasi hakimiyyətə gəlməklə xalqımızın firavan yaşayacağı günlərin bünövrəsi qoyulmuşdur.
Mən fəxr edirəm ki, Milli Məclisin o zamankı deputatları ilə birlikdə Qurtuluş Gününün təsis edilməsində iştirak etmişəm! Əziz xalqımızı bu şərəfli gün münasibətilə ürəkdən təbrik edirəm!
Xeyrəddin QOCA,
Yazıçı
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

