AQEM mühüm beynəlxalq platformadır
11.09.2025 [11:19]
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının keçirilməsi də bunun göstəricisidir.
Azərbaycanın sədrliyi ilə keçirilən ilk forum...
Forumun açılış mərasimində çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay qeyd edib ki, builki toplantı xüsusi önəm daşıyır, çünki Azərbaycanın sədrliyi ilə keçirilən ilk beyin mərkəzləri forumudur. Onun sözlərinə görə, AQEM səmərəliliyin artırılmasını əsas prioritet hesab edir. Bu gün Asiya elm və texnologiya sahəsində yüksələn nüfuzu ilə qlobal inkişafın mühüm mərkəzinə çevrilir. Dövlətlərin artan qarşılıqlı asılılığı fonunda AQEM-in dəyəri bir daha aydın görünür. Bu, Asiya ölkələrinin strateji baxışlarını bölüşməsi üçün vacib platformadır.
SIIS-in prezidenti Çen Dongxiao isə AQEM-in Beyin Mərkəzləri Forumunun önəmini özünü, ilk növbədə, dialoq imkanlarında göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bərabər və səmimi ünsiyyət qlobal qeyri-sabitlik dövründə xüsusilə vacibdir: “Dünyada multilateralizmə qarşı artan skeptisizm müşahidə olunur və yeni konsensusun qurulmasına ehtiyac var. AQEM bu istiqamətdə mühüm platformadır”.
Çinin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin səfiri Yan Venbin isə vurğulayıb ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı artım mövzusu çərçivəsində bir sıra mühüm əməkdaşlıq təklifləri irəli sürüb. Yan Venbinin sözlərinə görə, Çin Azərbaycanın sədrliyini dəstəkləmək və AQEM çərçivəsində müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə, həmçinin AQEM-in məhsuldar sammitinin uğurla keçirilməsinə fəal töhfə vermək üçün bütün tərəflərlə işləyəcək.
Qeyd edək ki, ikigünlük forum öz işini müxtəlif mövzulara həsr olunmuş iclaslarla davam etdirib. Forumun ilk günündə Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun direktor müavini Zhao Longun moderatorluğu ilə keçirilən iclasda “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusu müzakirə olunub. İclasa onlayn formatda qoşulan Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong deyib: “Bu gün Asiyada geosiyasi risklərin aradan qaldırılması və mövcud boşluqların qarşısının alınması məsələsi gündəliyimizin ən aktual mövzularından biridir. Asiya ölkələri regionda bu sahədə nümunə rolunu oynayır və biz, xüsusilə rəqəmsal texnologiya və “yaşıl siyasət” sahələrində yeni vizyona doğru irəliləyirik”.
Zəngəzur dəhlizi barışıq layihəsi olacaq
Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü YN Jayarathna foruma onlayn formatda qoşularaq bugünkü strateji vəziyyətin artıq dəyişdiyini və proseslərin sürətlə cərəyan etdiyini deyib: “Asiya artıq beynəlxalq səhnədə öz mövqeyini möhkəmləndirir. Bu mövqenin əsas dayağı isə iqtisadiyyatdır”.
“Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzusunda keçirilən iclasda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, Azərbaycanın bu layihələrdə məqsədi kimisə əvəz etmək deyil. Sadəcə, yüklərin qısa zamanda lazım olan nöqtəyə çatdırılmasına kömək göstərməkdir. Onun sözlərinə görə, tarixən İpək Yolu adlanan region təkcə ticarət yox, zəngin mədəniyyət məkanı da olub. Arxeoloji qazıntılar zamanı burada bir çox mədəni abidələr aşkar edilib.
Zəngəzur dəhlizinin potensialı barədə söz açan BMTM sədri Vaşinqtonda əldə edilmiş razılaşmanı xatırladaraq bu marşrutun bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcəyini bildirib: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında barışıq layihəsi olacaq. Getdikcə Orta Dəhlizə tələbat artır. Bizim əsas məqsədimiz bu marşrutlara dəyər qatmaqdır”.
Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Vaşinqtonda atılan tarixi addımın (Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması - red.) yeni səhifənin açılmasına səbəb olduğunu deyib: “İnanıram ki, bu, regionda daimi sülhə gətirib çıxaracaq. Bu təşəbbüs dənizə çıxışı olmayan ölkələr üçün önəm daşıyacaq, həmçinin Orta Asiya ölkələrinin ticari əlaqələrinin inkişafına kömək göstərəcək”. O, Orta Dəhlizin hərtərəfli inkişafın təzahürü olduğunu qeyd edərək, bu marşrutun Asiyanın Avropa ilə birləşdirilməsinə mühüm töhfə verdiyini deyib.
İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpak Jami isə müasir dünyada iqtisadi və geosiyasi güclərin istiqamət dəyişdirdiyini müşahidə etdiyini diqqətə çatdırıb: “Əgər XX əsrdə qlobal inkişafın mərkəzi əsasən Qərbdə cəmlənmişdisə, bu gün artıq Şərqə doğru bir hərəkət müşahidə olunur”.
Tədbirin ikinci günündə - sentyabrın 10-da isə “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması”, “Yeni Asiya nizamının formalaşması” və digər mövzularda iclaslar keçirilib. Beynəlxalq ekspertlər, mütəxəssislər mövzularla bağlı fikirlərini səsləndiriblər.
AQEM-in perspektivləri böyükdür
Tədbirin bağlanış mərasimində isə AQEM-in Baş katibi Kayrat Sarıbay bildirib ki, sessiyanın Bakıda keçirilməsi yeni regional perspektivlərə rəng qatmış oldu. Fundamental təhlükəsizliyin vacibliyini qeyd edən Kayrat Sarıbay AQEM-in perspektivlərinin böyük olduğunu deyib. O, bu platformanın regional problemləri, dayanıqlı inkişafı, iqtisadi məsələləri hər zaman diqqətə saxladığını bildirib. Birgə gündəliyin formalaşdırılmasının vacib olduğunu diqqətə çatdıran Baş katib əlavə edib: “AQEM-in fəaliyyət planının gələcək üçün hazırlanması təmin edilməlidir. Biz qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızı davam etdirməliyik”.
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə söyləyib ki, AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası yalnız müzakirələr meydanı deyil, həm də müxtəlif regionlardan gələn ekspertləri, diplomatları və gəncləri bir araya gətirən mühüm platformadır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forumun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciət də AQEM-ə göstərdiyi diqqət və verdiyi dəyərin bariz nümunəsidir. “Burada keçirdiyimiz iclaslarda çox intellektual, dərin və faydalı müzakirələr apardıq. Çox maraqlı fikirlər səsləndirildi, yeni ideyalar irəli sürüldü. Hesab edirəm ki, bu fikirlər və tövsiyələr gələcəkdə AQEM-in fəaliyyət istiqamətlərinə ciddi töhfə verəcək”, - deyə F.Şəfiyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

