Mina təhdidi...
22.10.2025 [11:46]
Parlamentlərarası İttifaqın toplantısında minatəmizləmə prosesinin önəmi və itkin düşmüş insanların taleyindən bəhs olunub
Azərbaycan parlamenti müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Parlamentlərarası İttifaqın (PAİ) işində fəal iştirak edir. Belə ki, Milli Məclisin üzvləri mütəmadi olaraq təşkilatın tədbirlərində təmsil olunurlar. Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarovanin başçılıq etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak edib. S.Qafarova tədbirdə “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən müzakirələrdə çıxış edib.
Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker bu problemin özü ilə yeni humanitar çağırışlar - zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir.
Tarixi addım...
Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən S.Qafarova deyib ki, tərəflər sülh sazişini də parafladılar ki, bu da onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.
Spiker müzakirə iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə başlayıb. Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.
400 nəfərdən çox mina qurbanı var
Bununla belə S.Qafarova hələ də bəzi ciddi problemlərin qaldığını söyləyib. O, bu sırada ən aktual məsələlərdən biri kimi insanların həyatını təhdid etməyə və yenidənqurma işlərinə mane törədən ərazilərimizin minalarla çirklənməsini göstərib. Spiker diqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda minalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildən indiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Bu minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitar minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır.
Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və “yaşıl prinsiplər”in inkişafın hər bir mərhələsinə inteqrasiya etdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdə bərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təmin etmək üçün yeni “ağıllı kəndlər” və “yaşıl enerji zonaları” yaradılır. O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdə inkişaf etməlidir.
Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.
Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib
Spiker bir daha diqqətə çatdırıb ki, Azərbaycan bu çağırışla mübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digər ölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundan başqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalq konfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrin mübadiləsi üçün dəyərli platforma təmin edən “İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu”nu təsis edib.
Çıxışının sonunda S.Qafarova deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir: “COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib və son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırıb. Bu səylər vasitəsilə Azərbaycan göstərir ki, sülh, humanitar fəaliyyət və ekoloji davamlılıq ayrılmazdır. Yalnız həmrəylik və ortaq məsuliyyət sayəsində biz hamı üçün daha təhlükəsiz, daha yaşıl və daha humanist gələcək qura bilərik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

