ATƏT/DTİHB Müşahidə Missiyasının media və QHT seçimi düşünülmüş nəticələrə xidmət edən addımdır
06.10.2013 [15:42]
Vüsalə Mahirqızı: Seçki prosesində iştirakı qanunla qadağan edilmiş qurumun nümayəndəsi həmin prosesin monitorinqi və necə keçirilməsi barədə nə danışa, hansı informasiyanı verə bilər?
APA-nın məlumatına görə, seçkidən bir gün əvvəl - oktyabrın 8-də keçiriləcək görüşdə məqsəd oktyabrın 9-da keçiriləcək prezident seçkisi barədə düzgün ümumi təsəvvür əldə etməkdir.
ATƏT/DTİHB-nin Müşahidə Missiyasının dəvəti ilə, missiyanın rəhbəri Tana De Zuluetanın adından göndərilən dəvət məktubunda bildirilir ki, qapalı keçiriləcək görüşdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin, “Azadlıq” qəzetinin, “Yeni Müsavat” qəzetinin, Media Haqları İnstitutunun, Azad Avropa Radiosu/Azadlıq Radiosunun, “Zerkalo” qəzetinin, “Yeni Azərbaycan” qəzetinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun, İctimai Radio və Televiziya Şirkətinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Təəssüf doğuran hal budur ki, tədbirə əsasən müxalifyönlü media və təşkilatlar dəvət olunub, seçkilər haqqında obyektiv informasiya əldə etmək niyyətini ifadə edən ATƏT/DTİHB görüşə müstəqil media nümayəndələrini çağırmayıb.
“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid APA-ya açıqlamasında bildirib ki, adətən beynəlxalq təşkilatlar bir qrup qatı müxalifət tərəfdarı olan mətbuatı görüşlərə dəvət edirlər: “Bu onların əvvəldən hazırlanmış və düşünülmüş nəticələrə xidmət edən addımıdır. Azərbaycanda geniş spektrli, son illərdə daha çox inkişaf edərək hadisələrə təsir edə, öz baxışını formalaşdıra biləcək media var. Bu media ATƏT üçün daha önəmli olmalıdır, nəinki qatı müxalifətin tərəfdarı olan, yaxud da sırf hakimiyyətin təbliğatını həyata keçirən mətbuat... Ona görə də düşünürəm ki, ATƏT, eləcə də digər beynəlxalq qurumlar bu məsələdə öz fəaliyyətlərini korrektə etməlidir”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, təmsil etdiyi media holdinq nəinki ölkədə, beynəlxalq aləmdə tanınan qurumlardandır. O xatırladıb ki, rəhbərlik etdiyi holding prezident seçkilərində xarici şirkətlər tərəfindən keçirilən iki “exit-poll”dan birinin sifarişçisi və tərəfdaşıdır: “ATƏT-in həm mərkəzi, həm də yerli ofisi daim bizim əməkdaşlıq etdiyimiz qurumlar sırasındadır. Hesab edirəm ki, seçki ilə bağlı bu dəyərləndirmə tədbirinə “APA Holding”in dəvət olunması ATƏT-ə daha çox lazımdır, nəinki bizə... Ümumiyyətlə, bizim hansısa beynəlxalq təşkilatın, səfirliyin dəvətində iştirak etmək, orada olmaq kimi bir qayğımız yoxdur. Ona görə də “APA Holding”in istənilən nümayəndəsinin ATƏT-in tədbirində olması daha çox o qurumun həmin toplantısına ciddiyyət qatar, informasiyanı zənginləşdirərdi. Mən ümumi siyahıya baxdım, təsisçisi xarici subyekt olan media qurumunun Azərbaycanda seçki prosesində iştirakı qanunla qadağandır. Prosesdə iştirakı qanunla qadağan edilmiş qurumun nümayəndəsi həmin prosesin monitorinqi və necə keçirilməsi barədə nə danışa, hansı informasiyanı verə bilər?”.
V.Mahirqızı onu da qeyd edib ki, ATƏT-in nümayəndələri üçün heç olmasa gündəlik seçki xəbərlərini aldıqları media qurumlarının seçki kampaniyası dövründə bu xəbərləri necə toplaması maraqlı olmalıydı: “Əlbəttə, mənim söylədiyim peşəkar yanaşma tələb edilən hala aiddir. Amma bu ölkədə kim istəsə, öz köhnə tanışlarını başına yığıb kofe içə bilər. Bu haqqa da sayğı duymaq gərəkdir”.
ATƏT/DTİHB-nin parlament əlaqələndiricisi Sasa Pokrajaca isə APA-ya açıqlamasında görüşün ATƏT, Avropa Şurası və Avropa Parlamentinin Parlament Assambleyalarının deputatlarının brifinqi olduğunu deyib: “Görüşün proqramı sorğu əsasında tərtib olunub. Proqram adı çəkilən Parlament Assamleyaları tərəfindən təqdim edilib, hansı KİV-lə görüş keçirmək istədiklərini onlar müəyyənləşdiriblər. Odur ki, bu, müxtəlif ölkələrdən olan deputatların seçimidir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

