Azərbaycan və Serbiya strateji tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir
25.10.2025 [12:56]
Hökumətlərarası Komissiyanın 9-cu iclasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi qərara alınıb
Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
Oktyabrın 23-də Azərbaycan və Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub. Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Adriyana Mesaroviç bildirib ki, dövlətlər arasında fəal siyasi dialoq qurulub, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Serbiya arasında indiyədək 57 sənəd imzalanıb, daha 13 sənəd baxılma mərhələsindədir və tezliklə imzalanacaq. Həmin müqavilə və sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.
İqtisadi əlaqələrin inkişafı üçün güclü potensial mövcuddur
Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, son illərdə tərəflər arasında iqtisadi əlaqalər yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilər real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. Xanım Brnabiçin vurğuladığı kimi hökumətlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqaləri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. A.Brnabiçin qeyd edib ki, enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.
Görüşdə iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.
Pan-Avropa enerji ailəsinin üzvü
Serbiya hökuməti Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, ələxusus da qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu təqdir edərək bu enerji zəncirində ölkəsinin də yer aldığını xatırladıb. Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 3 ildir ki, müsbət dinamika üzrə davam etməkdədir. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu və qaz satışına dair Müqavilə imzalanıb. Həmin sənədlərin icrası 2023-cü ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub.
Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiyaya qaz nəqlini təmin etməkdədir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamısdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Yol xəritəsi hər iki ölkənin KOB-ları arasında əlaqələri təşviq edir
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Serbiyanın İnkişaf Agentliyi (RAS) əməkdaşlığa dair Yol Xəritəsi təsdiq edilib. Sənəd 2022-ci ildə KOBİA və Serbiyanın İnkişaf Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası istiqamətində fəaliyyətin təşkilini nəzərdə tutur. 2026-2027-ci illəri əhatə edən yol xəritəsində Azərbaycan və Serbiya KOB-ları arasında əlaqələrin qurulmasına dəstək, KOB-larla bağlı tədbirlər, onlar üçün ən yaxşı dəstək mexanizmləri və biznes imkanları haqqında məlumat və təcrübə mübadiləsi, KOB-larla əlaqəli təşkilatlar arasında əməkdaşlığın qurulması, mövcud məlumatların qarşılıqlı şəkildə paylaşılması, tərəflərin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştiraka dəstək və digər məsələlər öz əksini tapıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Hökumətlərarası Komissiyanın iclasında və Azərbaycan-Serbiya biznes forumundakı çıxışlarında KOB-ların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O, KOB evi ilə bağlı təcrübənin paylaşılması və agentliyin təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyyanaməsinə qoşulma kimi istiqamətlərin əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

