Mübariz Qurbanlı: Vətəndaş olaraq ATƏT/DTİHB-in səsləndirdiyi fikirlərdən hiddətlənirəm
11.10.2013 [10:23]
“Azərbaycanda prezident seçkiləri tam açıq, demokratik və şəffaf şəkildə keçirilib. Bu, seçkilər zamanı müşahidə aparan beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin verdiyi açıqlamalarda da öz əksini tapıb. Yəni, onların mütləq əksəriyyəti seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirildiyini xüsusi vurğulayıblar”. Bunu “SƏS” TV-yə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) Azərbaycanda keçirilən prezident seçkilərinə dair ilkin bəyanatına münasibət bildirərkən deyib.
M.Qurbanlı əlavə edib ki, Azərbaycanda keçirilən prezident seçkilərini 100-ə yaxın ölkədən 1400-ə qədər xarici müşahidəçi izləyib: “Ölkəmizdə keçirilən prezident seçkilərini Avropa Parlamentinin, Avrop Şurası, ATƏT, MDB, İƏT, İCAPP və digər qurumların nümayəndələri, həmçinin parlamentlərarası dostluq qruplarının üzvləri, xarici və yerli QHT nümayəndələri müşahidə etmək imkanı əldə ediblər. Bunlarla yanaşı bir çox beynəlxalq miqyaslı və yerli “exit-poll” təşkilatları müşahidə aparıblar. Bu təşkilatların hər biri açıqlamalarında Azərbaycanın seçki sistemində və seçki təşkilatçılığında tətbiq olunan yenilikləri qeyd edirlər”.
YAP İcra katibinin müavini bildirib ki, Azərbaycanda keçirilən seçkiləri bəzi dairələr həmişə ikili standarta uyğun olaraq, təhrif və tənqid etməyə çalışırlar: “Azərbaycana və bu bölgəyə marağı olan dairələr var. Bu dairələr də Azərbaycana müəyyən mənada təsir etmək üçün müxtəlif vasitələrdən, o cümlədən seçki və demokratiya kimi məfhumlardan istifadə edirlər”.
M.Qurbanlı açıqlamasında qeyd edib ki, əgər Avropa Şurası, Avropa Parlamenti, MDB və digər qurumları təmsil edən müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərini müsbət dəyərləndirirsə, nə üçün ATƏT/DTİHB-nin müşahidəçiləri seçkilərlə bağlı qərəzli fikirlər deyirlər: “Əminəm ki, bunun arxasında müəyyən maraqlar dayanır”.
İcra katibinin müavini əlavə edib ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb və Ermənistanın Azərbaycana təcavüzü məsələsinə Avropa strukturları, o cümlədən ATƏT-in Minsk qrupu kimi qurumlar ikili standartla yanaşırlar, təcavüzkarı açıq şəkildə göstərərək sanksiyalar tətbiq edilməsini istəmir və ya buna getmirlər: “Necə ki, bu məsələdə ikili standartı görmüşük, bu gün seçkidə də bunun şahidi oluruq. ATƏT-in müşahidə missiyasının nümayəndələri Bakıda və regionlarda seçki prosesinin gedişini izləyiblər. Özlərinin də etiraf etdiyi kimi 1400-dən çox seçki məntəqəsində müşahidə aparıblar. Hesab edirəm ki, beynəlxalq müşahidə missiyasının üzvü seçki məntəqələrini gəzərkən, həmin məntəqələrdə seçkiyə hazırlığın səviyyəsini tam şəkildə mənimsəməli idi. Seçki məntəqələrində prezidentliyə 10 namizədin hər birinin, KİV nümayəndələrinin, QHT-lərin müşahidəçiləri seçki prosesinin gedişatını izləyib. Bu qədər müşahidəçinin olması seçki prosesinin demokratikliyinin ən bariz nümunəsidir. Seçki prosesi zamanı bizim müşahidəçilər seçki pozuntuları ilə bağlı gün ərzində məlumat veriblər. Bu məlumatlar sistemləşdirilərək KİV-də yayımlanıb. Qeyd edim ki, dünyada seçkinin keçirilməsi zamanı bu və ya digər çatışmazlıqlar müşahidə olunur. Müşahidəçilərimizdən də məhz müxalifətin radikal qanadı tərəfindən seçki pozuntularına cəhd olunması ilə bağlı məlumatlar daxil olub. Ancaq bunlar seçkinin nəticələrinə təsir edəcək səviyyədə deyil”.
M.Qurbanlı vurğulayıb ki, ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvləri mətbuat konfransında belə bir fikir səsləndiriblər ki, 58% seçki məntəqələrində qanun pozuntuları olub və səslər düzgün hesablanmayıb: “Hansı 58 faiz? Burada söhbət yalnız müşahidə aparılan 1400-ə yaxın seçki məntəqəsindən gedə bilər. Bundan kənar məntəqələr haqqında ATƏT/DTİHB müşahidə missiyasının nümayəndələrinin rəy səsləndirməsi gülüncdür. Çünki bu rəyi vermək üçün onlar mütləq şəkildə həmin məntəqələrdə olmalı idilər. Hesab edirəm ki, onların səsləndirdiyi 58% saxta bir rəqəm olsa da, 1400 məntəqəyə aid fikir kimi səslənməli idi və səsləndirilir. Bu rəqəmi yalnız müşahidə apardıqları məntəqələrə şamil edə bilərlər. Ancaq, bunun özü də qərəzlidir. Ona görə ki, hansı məntəqədə, hansı qanun pozuntusu olubsa, faktlar əsasında deyilməlidir. Seçicinin hansısa bir sənədinin düzgün olmaması, fərdin törətdiyi pozuntu, komissiya üzvünün səhvi, səhlənkarlığı bütövlükdə məntəqədə gedən prosesə şamil edilə bilməz. Belə bir fikir səsləndirirlər ki, səslərin sayılması zamanı qanun pozuntuları olub. Bu məsələ də konkretləşdirilməlidir. Fakt göstərilməlidir ki, hansı dərəcədə və hansı elementdə qanun pozuntusu qeydə alınıb. Səslərin hesablanması açıq şəkildə, müşahidəçilərin iştirakı ilə aparılıb. Buna isə heç kim irad tuta bilməz. Səslərin sayılmasında səhv barədə hər hansı bir fakt varsa, səslərin yenidən sayılması qaydaları mövcuddur. Ancaq belə bir hal yoxdur. ATƏT/DTİHB-in səsləndirdiyi fikirlər fakta söykənmir. Bunlar yalnız eşitdikləri və ya uydurma halda yayılan şayiələrə və müşahidəçilərinin guya şahidi olduqları xırda məsələlərin şişirdilərək bütövlükdə seçki məntəqəsinə aid edilməsinə əsaslanır. Buna görə də biz bunu qəbul etmirik”.
YAP İcra katibi müavininin sözlərinə görə, dünyada heç bir təsadüfi şəxslər siyasətə gələrək uğur əldə edə bilməyiblər: “Siyasətdə uğur qazanmaq üçün cəmiyyətdə uzun müddət fəaliyyət göstərməyə ehtiyac var. Ona görə də yalnız təşviqat dövrü seçki kampaniyası dövrü adlana bilməz”.
M.Qurbanlı bildirib ki, ATƏT/DTİHB-in müşahidə missiyasının ilkin bəyanatından Yeni Azərbaycan Partiyası narazıdır: “Buna görə də etirazlarımızı bildiririk. Eyni zamanda bundan təəssüflənir və vətəndaş olaraq bundan hiddətlənirik”.
Millət vəkilinin sözlərinə görə, seçki məntəqələrində bu və ya digər qanun pozuntuları baş verdiyi halda, həm MSK-nın, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv etmək səlahiyyəti var və praktikada da bunu görmüşük: “Hər hansı bir seçki məntəqəsində kəskin qanun pozuntusuna yol verilibsə, həmin məntəqələrdə seçkinin nəticələrinin ləğvi aksiomadır. Buna baxmayaraq nəticələri ləğv oluna biləcək məntəqələr ümumi seçkinin nəticələrinə heç bir təsir edə bilməz. Çünki, mütləq seçki məntəqələrində seçkilər qanun çərçivəsində keçirilib. Buna görə də deyə bilərik ki, seçkilər demokratik şəkildə baş tutub. Fakt budur ki, Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizədimiz cənab İlham Əliyev bu seçkilərdə yüksək səs çoxluğu ilə digər namizədlərdən irəlidədir və qalib hesab olunur. Təsadüfi deyil ki, xarici ölkələrin dövlət başçıları seçkilərdə parlaq qələbəsi münasibəti ilə Onu təbrik edirlər. Biz görürük ki, Azərbaycan cəmiyyəti də Prezident İlham Əliyevin qələbəsini məmnuniyyətlə qəbul edir”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

