Azərbaycan regional əməkdaşlığın mərkəzinə çevrilir
26.11.2025 [11:37]
Bakı tərəfdaşliq əlaqələrinin güclənməsinə töhfələr verir
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə bölgənin təhlükəsizlik meyarını müəyyənləşdirdiyi qədər həm də əməkdaşlıq perspektivini ön plana çıxardı. Belə ki, post-müharibə dövrünün reallıqları arasında münasibətlərin normallaşması, bölgədə iqtisadi sistemin yenilənməsi kimi faktorlar da yer almaqdadır. Bu istiqamətdə davam edən proseslər müsbət trayektoriyalı inkişaf xəttinə malikdir - Azərbaycanın səyi və sülh təşəbbüsləri nəticəsində Cənubi Qafqazın stabil və sabit ünvan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Azərbaycanın yürütdüyü siyasətin hədəfi məhz budur - əsas prioritetimiz geniş bir coğrafiyaya yeni inkişaf tempi qazandırmaqdır. Sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan yeni iqtisadi-siyasi güc mərkəzinin formalaşdırılması üçün əməkdaşlıq platforması təklif edir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Bu gün ölkəmiz yalnız regional təhlükəsizlik məsələlərinin fəal iştirakçısı deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və enerji qovşağı rolunu oynayır. Məhz bu yeni mövqe 3+3 əməkdaşlıq platformasının imkanlarını genişləndirir və ona əvvəlkindən daha funksional məzmun verir.
“3+3” formatının gələcək görüşü...
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “3+3” platforması Cənubi Qafqaz ölkələrində əməkdaşlığın və davamlı inkişafın gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. O, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında formatın ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünün harada - Bakıda və ya İrəvanda keçiriləcəyi barədə tez bir zamanda razılığa gəlməsini gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər görüşlərin ardıcıllığını əldə edilən paket razılığına əsasən müəyyən etməlidirlər. Moskva Bakı və İrəvanın istənilən birgə qərarını dəstəkləyəcək.
Qeyd edək ki, “3+3” formatı kimi müəyyənləşdirilən, Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən platforma region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan, regional əməkdaşlıqların möhkəmləndirilməsini əks etdirməkdədir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. Sonrakı tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi. Bu formatda növbəti görüş isə ötən ilin oktyabrında Türkiyədə baş tutdu. Bu ilin yayında isə Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu bəyan edib.
Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik faktoru
“3+3” formatının missiyası iqtisadi əməkdaşlıq platforması təşkil etmək, bütövlükdə bölgənin maraqlarını özündə ehtiva edən addımların atılmasını təşviq etməkdir. Regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır.
Azərbaycan isə bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə qlobal səmərəsini düşünür - ölkəmiz üçün bölgənin ümumi inkişaf tempinin yüksəlməsi əsas hədəfdir. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Azərbaycanın siyasi qətiyyəti sayəsində regional sabitlikdən tutmuş enerji-logistika inteqrasiyasına qədər geniş sahələr birmənalı əməkdaşlıq müstəvisinin konturlarını təşkil edir. Azərbaycan bu prosesdə həm sülhün təminatçısı, həm də inteqrasiyanın əsas həlqəsi rolunu oynayır. Rəsmi Bakı regional dövrdə təcridçilik deyil, əməkdaşlıq xəttini seçərək bütün dövlətlər üçün ortaq maraq zonası formalaşdırmağa nail olub - Ermənistana taxıl ixracına icazənin verilməsi buna bariz sübutdur. Beləliklə, Azərbaycanın səyi ilə əməkdaşlıq mexanizmləri iqtisadi modelə çevrilərək yeni regional arxitekturanın əsas elementlərindən biri kimi çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafiyamızı “vazkeçilməz” edən də məhz Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik faktorudur.
Region üçün daha geniş perspektivlər...
Bakı qlobal mühitdə siyasi-iqtisadi əlaqələrini formalaşdıran zaman ən yüksək standartları müəyyənləşdirir - ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrini yeni mərhələyə daşıması, Türk Dövlətləri Təşkilatındakı fəal iştirakımız, Orta Dəhliz layihəsinə verilən töhfə, Transxəzər enerji və nəqliyyat mübadilələrinin genişlənməsi Azərbaycanı Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında körpü dövlətə çevirib. Bu paralellər onu göstərir ki, artıq Azərbaycan həm regiondaxili, həm də regionlararası əlaqələrin mərkəzi qovşağındadır. Bakı bütövlükdə Avrasiyanın əməkdaşlıq coğrafiyasının mərkəzidir. Azərbaycanın təşəbbüsü ilə Xəzər üzərindən yük axınları artır, Bakı-Tbilisi-Qars xətti genişləndirilir, yeni liman və logistika infrastrukturunun modernləşdirilməsi Asiya ilə Avropanı birləşdirən əsas marşrutu ölkəmizin üzərindən keçirir.
Beləliklə, Azərbaycan yeni əməkdaşlıq əsrinin həm məzmununu, həm istiqamətini, həm də real nəticələrini müəyyən edən aparıcı aktor rolunda çıxış edir. Postmüharibə reallıqları, Mərkəzi Asiya ilə genişlənən əməkdaşlıq, qlobal enerji və nəqliyyat xəritəsində artan rol, Cənubi Qafqazdakı sülh və əməkdaşlıq təşəbbüsləri, paralel olaraq “3+3” əməkdaşllıq formatı region üçün daha funksional, daha dayanıqlı və daha geniş perspektiv vəd edir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 16:43
YAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56

