“Əsrə bərabər 10 il” mövzusunda elimi-nəzəri konfrans keçirilib
26.10.2013 [12:28]
Oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 illiyinə həsr olunmuş “Əsrə bərabər 10 il” mövzusunda elimi-nəzəri konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev xalqın istəyi ilə yenidən Prezident seçilmiş İlham Əliyevin Azərbaycan dövlətinin başçısı kimi 10 illik fəaliyyətindən, Ümummilli lider Heydər Əliyevin siyasi təliminin uğurlu nəticələrindən danışıb.
Son 10 ilin vüsətli inkişafını, dövlətimizin başçısının milli mədəniyyətə diqqət və qayğısını qeyd edən natiq vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il tariximizin coşqun uğurlarla dolu qızıl mərhələsidir. Bu illərdə ölkəmiz güclü hakimiyyətdən güclü dövlətə doğru möhtəşəm bir siyasi-iqtisadi, hüquqi və mənəvi təkamül yolu keçib. Bu, həm də sülh və demokratiya yolu olub. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın dünyadakı imici günbəgün artmaqda, ölkədə daxili sabitlik möhkəmlənməkdədir.
Konfransda qeyd olunub ki, son on ildə Azərbaycanda böyük tərəqqi baş verib, respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilib. Bu dövrdə elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin.
Diqqətə çatdırılıb ki, universitetdə Prezident təqaüdçüsü olan beş tələbə oxuyur, onlarla professor-müəllim çalışır, kollektivin bir sıra üzvləri fəxri adlara, mükafatlara layiq görülüblər. Bütün bunlar dövlətimizin başçısının nəinki universitetə, həm də Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqət və qayğıya bariz nümunələrdəndir. Belə bir inam ifadə olunub ki, növbəti beş ildə ölkə həyatının bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də Prezident İlham Əliyevin rəhbərliyi altında daha yüksək zirvələr fəth edəcək.
Sonra Azərbaycanın müasir iqtisadi və mədəni inkişafına həsr edilmiş sənədli film nümayiş etdirilib.
Konfransda “Müasir dövrün siyasi lider etalonu”, “Mədəniyyətə dövlət qayğısı”, “Güclü dövlət və ədəbi siyasət”, “Müasir Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzularında məruzələr dinlənilib.
Sonda tədbir iştirakçıları Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş sərgiyə baxıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

