/ / Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya günü qeyd olunub
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya günü qeyd olunub
13.11.2013 [09:21]
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildiriblər ki, akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasını Ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirən natiq qeyd edib ki, yeni Əsas Qanun humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaradıb. Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edən başlıca amillərdən olaraq milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkanlar açıb.
Qeyd edilib ki, Konstitusiyanın qəbul olunmasından sonra həyata keçirilən hüquqi islahatlar çərçivəsində bütün hüquq mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti Ali Qanunun müddəalarına və bundan irəli gələn tələblərə uyğun təkmilləşdirilib, həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik bazası yaradılaraq, demokratik cəmiyyətdə xüsusi xidmət orqanlarına xas olan funksiyalar müəyyənləşdirilib.
Qeyd olunub ki, Konstitusiyanın müddəalarının tam reallaşdırılması prosesi bu gün də uğurla davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq kursu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir.
Ölkə Prezidentinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanması və inkişaf etdirilməsi üzərində qurulub. Oktyabrın 9-da dövlətimizin başçısı İlham Əliyevin böyük üstünlüklə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi həyata keçirilən dövlətçilik kursuna xalqın etimadının və inamının ən yüksək ifadəsidir.
Bildirilib ki, Ümummilli liderin tarixi qərarı ilə yaradılmış və bu günlərdə özünün 15 yaşını qeyd edəcək MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiyamızın qəbul edilməsinin 18-ci ildönümünün qeyd olunması da əlamətdar hadisədir.
Çıxış edən dinləyici leytenant X.Qələndərli, kursantlar K.Teymurzadə və R.Zəkiyev Azərbaycan təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını şərəflə daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

