Azərbaycan-Mərakeş əlaqələri inkişaf edir
28.01.2026 [10:42]
Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Qarşı tərəfə regionumuzdakı son inkişaf, sülh gündəliyi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanıyıb. 1992-ci ilin 28 avqustunda isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilib. 1994-cü ilin dekabrında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanıb.
Eləcə də, Bakı şəhərində Mərakeş səfirliyinin və Rabat şəhərində isə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafına öz vacib töhfəsini verir. İki ölkə arasında əlaqələr yalnız siyasi sferada deyil, həmçinin hərbi, iqtisadi-ticari və mədəni sahələrdə dinamik inkişaf edir. Tərəflərin imzaladığı hərbi tərəfdaşlıq sazişi Bakı və Rabat arasında uzun illər davam edən siyasi yaxınlaşmanı daha da gücləndirmiş oldu. Belə ki, 2025-ci il yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Bu saziş iki hökumət arasında 2024-cü il oktyabrın 30-da imzalanıb və müdafiə sahəsində əlaqələrin gücləndirilməsi üçün təməl yaradıb. Saziş texniki yardım, birgə təlimlər, təcrübə mübadiləsi, kibertəhlükəsizlik və müdafiə sənayesi daxil olmaqla bir sıra əməkdaşlıq sahələrini əhatə edir.
Son illər ikitərəfli əlaqələrdə sürətlə artan dinamika xüsusilə, iqtisadi-ticari sahədə müşahidə edilməkdədir. Bu sahədə əldə olunan müsbət nəticələrdə Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının qəbul etdiyi qərarlar da vacib rol oynayır. Komissiyanın qərarlarında enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar, iqtisadi əməkdaşlığa dair hüquqi bazanın formalaşdırılması və s. öz əksini tapır. Artan ticarət həcmi təkcə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsini əks etdirmir, həm də digər sektorların, xüsusilə enerji, logistika və sənaye sektorlarında əməkdaşlığın şaxələndirilməsi yolu ilə iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş səyləri nümayiş etdirir. Bu proses həm dövlət orqanları, həm də biznes liderləri arasında davam edən dialoqla dəstəklənir.
Beləliklə, Azərbaycanla Mərakeş qarşılıqlı faydalı əməkdaşlıq imkanları təklif edən bütün sahələrdə güclü siyasi iradə nümayiş etdirir. İki ölkənin münasibətləri təkcə dini və mədəni əlaqələrə məhdudlaşmır, eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan və ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini təsdiqləməklə iqtisadiyyat və müdafiə kimi strateji sahələri də əhatə edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

