Azərbaycan ilə Çin siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirir
28.01.2026 [18:42]
Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti ilə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Prezidentinin ötən ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
Tərəflər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpaolunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Tərəflər, həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin postmünaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib, minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.
Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01

