Ədalətin və hüququn aliliyinin Azərbaycan nümunəsi
05.02.2026 [11:18]
Dövlətimiz öz gücünə ərazi bütövlüyünü təmin etməklə yanaşı, cinayətkarları məhkəmə kürsüsünə çıxardı
Ermənistan 30 ilə yaxın müddət ərzindəki işğal siyasətində azərbaycanlılara qarşı qətliamlar törədib. Bu qətliamlar miqyasına görə çox böyükdür. Hərbi və müharibə cinayətlərinin bəşəriyyətə qarşı yönəlməsinə baxmayaraq, beynəlxalq birlik ermənilərin cinayətlərinə qarşı susqunluq nümayiş etdirib. Halbuki Azərbaycan bu cinayətlər barədə beynəlxaq ictimaiyyəti daim məlumatlandırıb. Dünya birliyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün heç bir addım atmadı, həmin sənədlər 27 il kağız üzərində qaldı. Belə olan halda, dövlətimiz BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində erməni separatçılarının kökü kəsildi.
Azərbaycan nadir ölkələrdəndir ki...
Azərbaycan müasir tariximizdə nadir ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi, həm də müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar.
Azərbaycanın seçdiyi yolda yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda ədalətin təmin edilməsi dayanır. Cinayətin cəzasız qalmaması prinsipi Azərbaycanın münaqişəyə baxışının əsasını təşkil edir və bu model beynəlxalq humanitar hüququn fundamental tələbləri ilə tam uzlaşır. Məhz bu yanaşma sayəsində müharibə və insanlıq əleyhinə cinayətlərin hüquqi müstəvidə araşdırılması mümkün oldu.
Hərbi cinayətkarların etirafları haqlı olduğumuzu isbatlayır
Açıq və şəffaf keçirilən məhkəmə prosesi zamanı təqdim olunan faktiki sübutlar, arxiv materialları, zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilənlərin etirafları Ermənistan dövlətinin işğal siyasətində birbaşa rolunu üzə çıxardı. Məsələn, məhkəmədə dindirilən Lyova Mnatsakanyan açıq şəkildə bildirdi ki, tarixdə qalmış qondarma rejimin silahlı qüvvələri müstəqil struktur olmayıb, faktiki olaraq Ermənistan ordusunun ən iri hərbi birləşmələrindən biri kimi fəaliyyət göstərib. O etiraf etdi ki, qondarma rejimin “ordusunda” yüksək vəzifələrə təyinatlar İrəvanda təsdiqlənir, silah-sursat, maliyyə və canlı qüvvə ilə təminat isə Ermənistan ordusunun daxili strukturları vasitəsilə həyata keçirilirdi.
Məhkəmə prosesində qondarma rejimin rəhbərlərindən olmuş Bako Saakyan isə Şuşanın işğalında bilavasitə iştirak etməsini etiraf edib. 2025-ci il aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. Məhkəmə prosesində belə faktların sayını kifayət qədər göstərmək olar.
Ölkəmizə təzyiqlər nəticəsiz qaldı
Qeyd edək ki, həmin cinayətkarların məhkəməsi ilə bağlı Azərbaycana xaricdən güclü və əsassız siyasi təzyiqlər var idi. Avropa Parlamenti, AŞPA, eləcə də müxtəlif ölkələrin parlamentlərində erməni lobbisinin təsiri ilə bir sıra “sənədlər” qəbul edilib. Lakin bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə heç bir təsir göstərmək iqtidarında olmadı. Çünki haqq-ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri ədalət mühakiməsinə cəlb etmək, buna nail olmağın özü ədalətin təntənəsidir, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir.
Müharibə və münaqişələrin yalnız hərbi və ya siyasi baxımdan başa çatması kifayət hesab olunmur. Əgər mülki əhalinin qətliamında və kütləvi zorakılıqlarda iştirak etmiş cinayətkarlar məsuliyyətdən kənarda qalırsa, bu cür münaqişələr mahiyyət etibarilə natamam həll edilmiş sayılır. Təəssüf ki, beynəlxalq praktikada bu cür nümunələr az deyil və bir çox hallarda müharibə cinayətkarları illərlə cəzasız qalır. Münaqişə və müharibələr bitdikdən sonra çoxsaylı mülki insanların qətlində əli olan cinayətkarların məsuliyyətdən kənarda qalması qəbuledilməzdir. Qeyd etdiyimiz kimi, indiyə kimi bir çox nümunə var ki, müharibə cinayətkarları ədalət mühakiməsinə cəlb olunmamış qalıblar. Ona görə də, bu məsələdə Azərbaycan nümunəsindən istifadə olunmalıdır.
Bütövlükdə, Azərbaycan münaqişənin nəticələrini yalnız hərbi qələbə ilə məhdudlaşdırmayan, onu hüquqi və mənəvi müstəvidə tamamlayan ölkələr sırasındadır. Burada əsas məqsəd keçmişlə hesablaşmaq deyil, gələcək üçün ədalətli və dayanıqlı əsaslar formalaşdırmaqdır. Cinayətlərin adının açıq şəkildə çəkilməsi, icraçıların və sifarişçilərin hüquqi müstəvidə ifşa olunması təkcə Azərbaycan cəmiyyəti üçün deyil, bütövlükdə beynəlxalq hüquq sistemi üçün mühüm presedent yaradır. Bu yanaşma sübut edir ki, ədalət siyasi konyukturanın, ikili standartların və ya zaman amilinin qurbanı olmamalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə seçilən yol göstərdi ki, dövlət öz vətəndaşlarının hüquqlarını qorumaq iradəsinə malikdirsə, ən mürəkkəb beynəlxalq təzyiqlər belə bu iradəni sarsıda bilmir. Azərbaycanın təcrübəsi göstərir ki, müharibədən sonrakı mərhələdə sülhün möhkəmliyi məhz ədalətin təmin olunmasından keçir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15

