Yeni Azərbaycan Partiyası uğurlar partiyasıdır
26.11.2013 [09:26]
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir
Noyabrın 23-də “Four Seasons” hotelində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Mərasimdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri, həmçinin, partiya fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov başda partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyev olmaqla bütün üzvləri təbrik edərək deyib ki, Azərbaycanın yeni tarixində çox mühüm siyasi əhəmiyyətə malik olan hadisələr baş verib. Onun sözlərinə görə, bu hadisələr arasında YAP-ın yaradılması xüsusi yer tutub. Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri olduğunu bildirib. YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib: “YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarını 21 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. YAP-ın uğurlar partiyası olduğunu deyən Əli Əhmədov bildirib ki, bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. “Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. YAP-ın növbəti möhtəşəm uğuru bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində partiyamızın Sədri cənab İlham Əliyevin parlaq qələbə qazanmasıdır. Təsadüfi deyil ki, oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində xalqın böyük əksəriyyəti məhz Heydər Əliyev strateji kursunu davam etdirən cənab İlham Əliyevə səs verib. Bu qələbə onu deməyə əsas verir ki, Ulu öndərin ideyalarına dayanaraq yaranan milli dövlətimiz min illər boyu yaşayacaq. Partiyamızın 600 min nəfərdən çox üzvləri həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcəklər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Daha sonra, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov partiyanın yaranması, keçdiyi şərəfli yol, tarixi missiyası və bugünkü fəaliyyəti haqqında geniş məruzə edib. Hacıbala Abutalıbov bildirib ki, 1992-ci il noyabrın 21-də YAP böyük tarixi şəxsiyyətlər yetirmiş qədim Naxçıvan torpağında təsadüfdən deyil, zərurətdən yaranıb: “Ötən 21 il ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməyib, obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunmuşdur. Çətinliklərə baxmayaraq, müasir Azərbaycan cəmiyyəti ictimai, siyasi və iqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərib, ölkə real parçalanma təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilib. Bütün bunlar isə yalnız XX əsrin görkəmli dövlət xadimi YAP-ın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olub. Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxıb və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynayıb”.
H.Abutalıbovun fikrincə, Ulu öndərimizin qurduğu Azərbaycan ona görə daim yaşayacaq ki, Heydər Əliyev hələ sağlığında Öz siyasi məktəbini yaradıb və bu siyasi məktəbin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etməsini tövsiyə edib. Məruzəçi qeyd edib ki, XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantı və xalqımızın lideridir. YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün Prezident İlham Əliyev xalqımızın lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi-diplomatik uğurlar qazanmaqla, regionda sülhün və ictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanın nüfuzunu yüksəldib, Öz şəxsiyyətinin nümunəsində azərbaycanlı obrazını ucaldıb: “Artıq qətiyyətlə demək olar ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı zəiflik mənbəyindən güc mərkəzinə çevirmişdirsə, Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib. Beləliklə, keçən illərin çətin və ziddiyyətli sınaqlarından uğurla çıxmış YAP təkcə dünənin və bu günün partiyası deyil, həm də aydın sabahımızın partiyasıdır. Dünənin partiyasıdır ona görə ki, Heydər Əliyevin rəhbərliyi ilə yarandığı ilk gündən ölkənin və millətin parçalanma təhlükəsinin qarşısını alıb. Bu günün partiyasıdır ona görə ki, siyasi və ideoloji kursunda azərbaycançılıq məfkurəsinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daim yeniləşən gələcəyə aparır. Gələcəyin partiyasıdır ona görə ki, milli mənlik şüurumuzda nə qədər ki, millət, dövlət anlayışları yaşayacaqsa, YAP-da yaşayacaq”.
Sonra mərasim qeyri-rəsmi hissə ilə davam edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

