Bakı-Həştərxan dostluq abidəsinin açılış mərasimi olub
28.11.2013 [09:37]
Noyabrın 27-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən parkda Bakı-Həştərxan dostluq abidəsinin açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Rusiya Federasiyanın Həştərxan vilayətinin rəhbərliyinin təşəbbüsü ilə ucaldılmış abidənin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan ilə Həştərxan vilayəti arasındakı əlaqələr də mühüm rol oynayır. O qeyd edib ki, indiyədək Azərbaycanın və Həştərxanın iştirakı ilə mühüm layihələr həyata keçirilib. Buna misal kimi, 2010-cu ildə Həştərxan şəhərində Ulu öndər Heydər Əliyevə abidənin ucaldılmasını, Ümummilli liderin adını daşıyan parkın və orta məktəbin əsaslı təmirini, piyadalar üçün Azərbaycan-Rusiya dostluq körpüsünün tikintisini və digər layihələri qeyd etmək olar.
Hacıbala Abutalıbov deyib ki, Bakı-Həştərxan dostluq abidəsinin açılışı Azərbaycanın Rusiya, xüsusilə də Həştərxan ilə münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində atılan addımdır. O, Bakı sakinlərinə bəxş etdiyi bu abidəyə görə Həştərxan vilayətinin qubernatoruna təşəkkürünü bildirib.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidənin açılışını hər iki ölkənin xalqları arasında səmimi dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Həştərxan şəhərində həyata keçirilən layihələrə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Heydər Əliyev Fonduna təşəkkür edib. A.Jilkin deyib ki, Həştərxanda Heydər Əliyev Fondu tərəfindən knyaz Vladimirin xatirəsinə ucaldılmış abidənin bu il dekabrın sonunda açılışı olacaq.
Daha sonra abidənin rəmzi açılışını bildirən lent kəsilib, üzərindəki örtük götürülüb.
Parkda dostluq rəmzi olaraq ağaclar əkilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

