“Biz əvvəldən demişdik ki, Rüstəm İbrahimbəyov bunları yarı yolda qoyub gedəcək”
30.11.2013 [11:10]
“Biz əvvəldən demişdik ki, Rüstəm İbrahimbəyov bunları yarı yolda qoyub gedəcək və siz də bunun şahidi oldunuz”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov R.İbrahimbəyovun “Milli şura”nın sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib: “Biz dəfələrlə bildirmişdik ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmayacaq, Azərbaycana gəlməyəcək, bu seçki prosesində bir ssenari əsasında ortaya atılmış bir insandır, öz ssenarisinə də bəzi uğursuz artisləri yığıb və bunun nəticəsində fəaliyyətinə xitam verəcək. Bunların hamısının şahidi olduq. Hətta “Milli şura”dakılar özləri bəyan etdilər ki, Rüstəm İbrahimbəyov ona görə “Milli şura”nın sədri idi ki, bizə vəd vermişdi ki, imkanlı dostlarından pul toplayıb bizə maddi dəstək göstərəcək və “Milli şura” fəaliyyət göstərəcək”.
S.Novruzov əlavə edib ki, bu bir daha onu göstərdi ki, “Milli şura” Azərbaycan xalqının maraqları ilə deyil, ayrı-ayrı qurumların, ayrı-ayrı varlı adamların iradəsinin ifadəsi ilə fəaliyyət göstərən qurumdur: “Onların da bir hissəsi sonradan fikirlərini dəyişdilər, sonradan bir hissəsi maddi dəstək göstərməkdən imtina etdilər və yaxud da Rüstəm İbrahimbəyov aldı, vermədi. Bu fəaliyyətini başa çatdırdıqdan sonra da Rüstəm İbrahimbəyov özünün yaradıcılıq fəaliyyətini davam etdirəcək”.
S.Novruzov Cəmil Həsənlinin “Milli şura”nın sədri olması məsələsinə də münasibət bildirib: “O ki qaldı, Cəmil Həsənliyə, o da ABŞ-a bir uğursuz səfər etdi və gəlib bəyanat verir ki, guya “Milli şura”nın gələcək fəaliyyəti ilə bağlı ABŞ-da müzakirələr aparıb. 5-6 referent, ekspert və Azərbaycanın əleyhinə olan QHT-lərlə, ABŞ-ın siyasi həyatında tanınmayan insanlarla toplaşıb nəsə müzakirə aparıb. Bundan sonra hesab edirəm ki, “Milli şura”nın taleyi də İctimai Palatanın taleyi kimi olacaq, tarixin arxivinə gedəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

