“Elə insanlar, gərək, xalq adından danışmasınlar. Səslərini çıxarmasınlar”
07.12.2013 [09:21]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:
- “Milli şura” dekabrın 15-də sosial tələblərlə mitinq keçirmək istəyir. Bunu necə qiymətləndirirsiniz?
- “Milli şura” adlı qurum artıq yoxdur, dağılıb, tar-mar olub. İndi onun dağıntıları arasında qırğın başlayıb, dava gedir. Biri deyir ki, fəxri sədr Rusiyaya xidmət edir. Guya indiyədək bilmirdi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, bu ölkədə yaşayır. Hətta onu prezidentliyə namizəd irəli sürmüşdülər.
Biz deyəndə ki, başqa ölkə qarşısında öhdəliyi olan adam prezidentliyə namizəd ola bilməz, bunu qəbul etmirdilər, özlərindən min bəhanə uydururdular. Amma indi söyləyirlər ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, başqa ölkə qarşısında öhdəliyi var, fəxri sədr ola bilməz, çünki bizi hansı tərəfə aparacağını bilmirik. Bəs Rüstəm İbrahimbəyov dövlət başçısı olsaydı, Azərbaycanı hansı tərəfə aparacaqdı?
Bütün bunlar “Milli şura”da toplaşanların nə qədər qeyri-səmimi olduqlarını, şəxsi maraqlarını ümumxalq maraqlarından və maddi mənfəətlərini xalqın rifahının yaxşılaşdırılmasından üstün tutduqlarını göstərir. Belə insanlar sosial tələblərlə mitinq keçirib Azərbaycan xalqının maraqlarını müdafiə edəcəklər? Qətiyyən elə deyil. Sadəcə olaraq özlərinə tərəfdar yığmağa cəhd edirlər. Guya xalqın dərdi ilə maraqlanırlar, onun güzəranının yaxşı olmasını istəyirlər, ona canları yanır. Elə insanlar, gərək, xalq adından ümumiyyətlə danışmasınlar. Səslərini çıxarmasınlar.
Qiymət artımı ilə bağlı dövlətin siyasəti var. Tarif Şurası təhlillər aparıb, qərar verib. Burada iqtisadi tənzimləmədən söhbət gedir. İndi də hansısa məsələlər ortaya çıxsa, dövlət onu tənzimləyəcək.
- Ekspertlər hesab edirlər ki, yanacaq bahalaşandan sonra digər sahələrdə də qiymət artımı olacaq. Ölkədə ciddi bahalaşma ola bilərmi?
- Bu, bir prosesdir, gedir. Aidiyyəti qurumlar bununla məşğul olur. Hesab edirəm ki, dövlət strukturları lazımı izahatları verirlər, hansı sahələrdə qiymət artımı olacağını deyirlər, bunun səbəbini göstərirlər, iqtisadi baxımdan əsaslandırırlar. Nəqliyyat Nazirliyi nəqliyyatda qiymətlərin necə tənzimlənəcəyini, bahalaşma olacağı halda bunun niyə ediləcəyini açıqlayıb. Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, texnikanın icarəsi ilə bağlı məsələ həll olunacaq. Kənd təsərrüfatında istifadə olunan yanacağın qiyməti də tənzimlənir.
- Bu izahatlar insanların narazılığının qarşısını almaq üçün yetərlidirmi?
- Yetərli olmasa da, nə baş verdiyi haqda məlumat verilir.
- İnsanlar bahalaşmanı necə qarşılayırlar?
- Vətəndaşa deyilsə ki, qiymətlər qalxır, təbii ki, narahat olacaq. Bu, istənilən halda belədir. Amma bahalaşmanın izahatı var. Əvvəla, son illərdə əməkhaqqı, pensiya, sosial müavinətlər artıb. İkincisi, son yeddi ildə qiymətlər qaldırılmayıb, yanacaq eyni qiymətə satılıb. Üçüncüsü, Tarif Şurası yalnız qiyməti bahalaşdırmayıb, rabitə tarifləri ucuzlaşdırılıb. Qiymət artımı islahatların bir hissəsidir və bazarın tələbidir. Azərbaycan daxili bazarını qorumalıdır.
- Qiymət artımından narazılıq sosial partlayış yarada bilərmi?
- Azərbaycanda sosial partlayış ola bilməz. Çünki qiymətlər dəhşətli dərəcədə qaldırılmayıb. Cüzi bahalaşma olub və bu da təsirli bir məsələ deyil. Azərbaycanın dövlət büdcəsi sosial büdcədir, xərclərin böyük hissəsi sosial sahəyə sərf olunur.
- Vətəndaşlar sual verirlər ki, niyə hökumət maaşı, pensiyanı, sosial müavinətləri on faiz artırır, qiymətləri isə otuz faiz. Hakimiyyətin bu suala bir cavabı varmı?
- Son yeddi ildə Tarif Şurası qiymət artımı haqda qərar qəbul etməyib, eyni qiymətlər olub. Bu müddətdə maaş, pensiya, sosial müavinətlər dəfələrlə artıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

