/ / Elmar Məmmədyarov: “Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən qeyd-şərtsiz çıxarılması çağırışı ilə əlaqədar İƏT ölkələrinə minnətdarıq”
Elmar Məmmədyarov: “Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən qeyd-şərtsiz çıxarılması çağırışı ilə əlaqədar İƏT ölkələrinə minnətdarıq”
10.12.2013 [12:05]
Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qvineyada keçirilən 40-cı iclasında çıxış edib
“Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanması və Azərbaycana verilən dəstəklə əlaqədar islam ölkələrinə minnətdarıq”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qvineyada keçirilən 40-cı iclasında çıxışında deyib. “Biz BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bizim bütün işğal altındakı ərazilərimizdən tam və qeyd-şərtsiz çıxması çağırışı ilə bağlı İƏT ölkələrinə xüsusən minnətdarıq”, deyə o, söyləyib.
Nazir qeyd edib ki, islam dünyasına dini, mədəni, tarixi köklərlə bağlı olan Azərbaycan müsəlman ölkələri ilə münasibətlərin inkişafına və sivilizasiyalararası təmaslara xüsusi əhəmiyyət verir: “Sivilizasiyalararası dialoq sülh və təhlükəsizliyin, münaqişələrin və mübahisələrin həlli, mədəni müxtəlifliyin möhkəmləndirilməsi və dayanıqlı inkişafın hərəkətvericisi olmaq üçün potensiala malikdir”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman dini ayrı-seçkilik və nifrətə təhriklə mübarizəyə tərəfdar olub və islamofobiya tendensiyalarına qarşı İƏT çərçivəsində səylərin birləşdirilməsi vacibdir.
İƏT məkanındakı problemlərə toxunan nazir qardaş Fələstin xalqına sülh, sabitlik və müstəqil dövlət yaradılması uğrunda mübarizəsində Azərbaycanın dəstəyini ifadə edib.
E. Məmmədyarov Azərbaycanın İƏT-in işində fəal iştirak etdiyini və ölkədə təşkilatın bir sıra tədbirlərinin keçirildiyini diqqətə çatdırıb: “Biz 2014-cü ildə qadınların islam ölkələrinin inkişafındakı roluna dair İƏT-in nazirlər səviyyəsində beşinci sessiyanı qəbul etməkdən çox şad olacağıq”.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

