/ / Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib
11.12.2013 [09:18]
10 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirib ki, iclasda iki məsələnin - 2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının və cari məsələlərin” müzakirəsi nəzərdə tutulub.
Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib. O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd edib. Bildirib ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilirdi. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olardı.
V.Səfərli onu da bildirib ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artmına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olardı.
Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə aparıblar. Müşahidə Şurasının üzvü Əflatun Amaşov qeyd edib ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda, göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yayımla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı, Ə.Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədəuyğunluğunu vurğulayıb.
Müşahidə Şurasının üzvləri Vüqar Rəhimzadə, Rəşad Məcid çıxış edərək tiraj və yayım şərtinin dəyişdirilməsinin KİV redaksiyalarını öz işlərinə daha məsuliyyətli yanaşmağa təşviq edəcəyini bildiriblər.
Sonra təklif səsə qoyulub və yekdilliklə qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

