Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
12.12.2013 [09:29]
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq rəylər qəbul ediblər.
Öncə “Azərbaycan” qəzetinin “modern.az” internet portalında yayımlanmış “Tanınmış telejurnalist insult keçirdi” (2 avqust 2013-cü il) sərlövhəli xəbərdə yanlışlığın yer alması ilə bağlı müraciətinə baxılıb. Saytın təmsilçisi Xəqani Səfəroğlu şikayətdə ifadəsini tapan məqamların haqlı olduğunu, materialın saytdan götürüldüyünü, təkzib verildiyini deyib. O vurğulayıb ki, “modern.az” jurnalistlərin sağlamlıq durumu ilə əlaqədar informasiyaları əvvəllər də təqdim edib və xoş mərama hesablanmış xəbərlər, haqqında yazılan şəxsin səhhətinin yaxşılaşmasına yönələn tədbirlərin görülməsi ilə nəticələnib. “Azərbaycan” qəzetinin əməkdaşı Bəşir Səfərliyə münasibətdə də xoş niyyət ön planda olub. Sadəcə, faktın dəqiqləşdirilməməsi haqlı narazılıq doğurub.
Komissiya cavabdeh tərəfin nəzərinə çatdırıb ki, şikayət doğuran material saytdan götürülsə də, ona digər xəbər portallarının da istinadı məsələnin ictimailəşməsi ilə nəticələnib. Sayta tövsiyə olunub ki, belə səpkili materiallar hazırlanarkən məlumatların dəqiqliyi müəyyənləşdirilməli, etik prinsiplərin tələblərinə əməl olunmalıdır. Yaranmış problemi aradan qaldırmaq istiqamətində görülmüş işlər barədə qarşı tərəfə cavab məktubu göndərilməlidir.
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin “starxeber.az” saytında həmin telekanalın fəaliyyəti, rəhbərliyi və kollektivi haqqında yalan və böhtan dolu məlumatların yayılması ilə əlaqədar şikayətin araşdırılmasına cavabdeh tərəfin təmsilçisi qatılmayıb. Məlumat verilib ki, xəbər portalının rəhbərliyi dekabrın 10-da bu barədə orada məlumatla yanaşı, Mətbuat Şurasının və şikayətçinin məktublarını yerləşdirib. Bunun prosedur qaydalarına zidd olduğu göstərilib. Həmçinin, etik prinsiplərə sayğısızlıq hallarının şikayət doğuran materiallarda özünü qabarıq şəkildə büruzə verdiyi vurğulanıb. Komissiya “starxeber.az”ın “Space” telekanalında vaxtilə işləmiş İdris Cəfərovun qurumun rəhbərliyi haqqında yaydığı çıxışları qarşı tərəfin fikrinə aydınlıq gətirmədən yaymasının həqiqətə xidmət məramından irəli gəlmədiyini müəyyənləşdirib. Şikayətçi tərəfə məsələni hüquqi müstəvidə araşdırmaq tövsiyə olunub.
İclasda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin “Yeni Müsavat” qəzetilə əlaqədar müraciətinə baxılarkən mətbu nəşrin qarşı tərəfin mövqeyini verməsi əsas götürülüb. Məsələ həllini tapmış hesab edilib.
Komissiya Quba Sosial-İqtisadi Kollecinin və Quba rayon Polis Şöbəsinin “dosye.az” saytı, İlisu Dövlət Qoruğunun “Təhqiqatın gücü” qəzeti barədə şikayətlərinə baxaraq hər iki kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqsədəmüvafiq sayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

