Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya Britaniyanı hədələyib

Rusiya Britaniyanı hədələyib

18.08.2026 [23:56]

Rusiya Ukraynanın ölkə ərazisindəki hədəflərə hücumlar zamanı Britaniya istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı xəbərlərdən sonra Böyük Britaniyanı mümkün nəticələrlə bağlı hədələyib.

AZƏRTAC “The Sunday Times”a istinadla xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərində həyata keçirilən hücum kampaniyası çərçivəsində iki Britaniya şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarından istifadə edib. Bildirilir ki, Britaniya istehsalı dronlardan Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün ilk dəfə istifadə olunub.

Ukrayna bu il Rusiya ərazisində əməliyyatlarını intensivləşdirərək hərbi sənaye və enerji obyektlərinə qarşı uzaqmənzilli raketlərdən və çoxsaylı dronlardan daha geniş istifadə etməyə başlayıb. Hücumların hədəfləri arasında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Wildberries”ə məxsus iri anbarlar da olub. Hücumlar nəticəsində milyardlarla funt sterlinq dəyərində malların məhv edildiyi bildirilir. Zərbələrin Rusiyaya iqtisadi zərəri də artırdığı qeyd olunur.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi yaydığı bəyanatda bu xəbərlərin Londonun Ukrayna böhranını qəsdən gərginləşdirmək yolunu seçdiyini təsdiqlədiyini bildirib. Səfirlik Britaniyanı Ukrayna vasitəsilə Rusiyaya maksimum zərər vurmağa çalışmaqda ittiham edib.

“Londonun hərəkətləri qaçılmaz olaraq cavab verməli olacağı nəticələrə gətirib çıxaracaq. Onun münaqişədə iştirakı nə qədər dərinləşərsə və Kiyevə dəstəyi nə qədər artarsa, ödəyəcəyi qiymət də bir o qədər yüksək olacaq”,- deyə bəyanatda qeyd olunub.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü isə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31