Müharibə cinayətlərinin fəsadları - mina terroru davam edir...
19.08.2026 [11:45]
“Sülhə hazırıq” deyən Ermənistan rəhbərliyi səhih mina xəritələrini niyə gizlədir?
Ötən əsrin səksəninci illərinin sonu-doxsanıncı illərinin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycana qarşı başladığı təcavüzkarlıq müharibəsi təxminən otuz ildən sonra 2020-ci il noyabrın 10-da işğalçı dövlətin tam şəkildə kapitulyasiyasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşsa da, ölkəmiz, xalqımız müharibə cinayətlərinin fəsadlarını bu gün də yaşamaqdadır. Söhbət ilk növbədə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə baş verən mina partlayışlarından gedir.
Bu partlayışlar nəticəsində mülki insanlar xəsarət alır və yaxud həyatlarını itirirlər. Baş Prokurorluğun bu günlərdə yaydığı məlumata əsasən, işğaldan azad edilmiş ərazilərimizi Ermənistanın minalarla çirkləndirməsi nəticəsində Vətən müharibəsi başa çatandan (10.11.2020-ci il tarixdən etibarən) indiyədək 436 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
O cümlədən avqust ayında işğaldan azad olunmuş ərazilərdə - Xocavənddə, Ağdərədə və Kəlbəcərdə olmaqla daha bir neçə mina hadisəsi baş verib. Avqustun 13-də Kəlbəcərin Sarıyel kəndində baş verən son mina partlayışı nəticəsində 1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri
Təxminən 30 ili əhatə edən işğal dövründə Ermənistan çoxsaylı müharibə cinayətlərinə əl atıb. Belə ki, hətta keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimiz də qadağan olunmuş uzaq mənzilli silahlardan atəşə tutulub, təbii sərvətlərimiz talanıb, meşələrin qırılması, çayların çirkləndirilməsi ilə ekologiyamıza ciddi ziyan vurulub, tarixi-mədəni abidələrimiz vandalizm əməllərinə məruz qalıb.
Mina terroru isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. Hazırda beynəlxalq təşkilatların da təsdiqlədikləri kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Verilən məlumatlara görə, ermənilər işğal illərində və 44 günlük müharibədən sonra ərazilərimizdə 1 milyondan çox mina basdırıblar. Açınacaqlı haldır ki, insanlar ayaq basdıqları ən ağlagəlməz yerlərdə belə mina partlayışının qurbanlarına çevrilə bilərlər.
Ölkəmizdə mina terrorunun fəsadlarının xüsusilə ağır olması həm də məğlub Ermənistanın minalanmış ərazilərin səhih xəritələrini respublikamıza təqdim etməməsindən qaynaqlanır. Gözənilirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra zamanında yol verilən müharibə cinayətlərinin məsuliyyətini bütün ciddiliyi ilə başa düşəcək və minalanmış ərazilərin səhih xəritələrini könüllü şəkildə ölkəmizə təqdim etməyə qərar verəcək. Bu, postmüharibə dönəmində etimad quruculuğu və sülhyaratma prosesinə güclü impuls verərdi. Ancaq belə görünür ki, Ermənistan dövləti və cəmiyyəti belə bir iradədən və xoş niyyətdən uzaqdır. Bəli, postmüharibə dövründə Ermənistan tərəfindən respublikamıza hansısa “xəritələr” təqdim olunub. Ancaq həmin “xəritələr” üzrə axtarışların səmərəlilik göstəriciləri hədsiz dərəcədə aşağı olub. Sual yaranır: Nə üçün “sülhə hazırıq” deyən Ermənistan rəhbərliyi səhih mina xəritələrini gizlədir?
İntensiv şəkildə davam etdirilən humanitar minatəmizləmə fəaliyyəti
Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinə müharibə başa çatandan dərhal sonra start verib. Bunsuz bəhs olunan ərazilərdə quruculuq-bərpa işlərinə başlamaq, yaşayış məntəqələrinin məskunlaşdırılmasını həyata keçirmək mümkün olmazdı. . Ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, 5 özəl qurum və bir qeyri-hökumət təşkilatı həyata keçirir. Həmin qurumların fəaliyyət istiqamətləri isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin Qazax rayonunun azad olunan kəndlərini əhatə edir.
Verilən məlumatlara əsasən, 2021-2025-ci illər ərzində ümumilikdə 248 min 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib. Diqqətçəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, ərazilərin minalardan və digər partlamamış sursatlardan təmizlənməsində dinamika ilbəil yüksəlir. 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 min 23,9 hektar təşkil edib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 min 181,8 hektar artaraq 69 min 205,7 hektara çatıb. Bu, son 5 il ərzində qeydə alınmış ən yüksək nəticədir.
İllər üzrə dinamikaya nəzər salındıqda görünür ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 min 164,7 hektar olub. 2022-ci ildə həmin göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 min 751,1 hektar artaraq 43 min 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 min 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 min 81,6 hektar təşkil edib.
Minatəmizləyənlərin peşəkarlığı və fədəkarlığı sayəsində aşkarlanan minaların sayı da kifayət qədər çoxdur. 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 1 861 ədəd tankəleyhinə mina və 4 min 963 ədəd piyadaəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə 2021-2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 min 272 ədəd tankəleyhinə mina və 34 min 213 ədəd piyadaəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti 2026-cı ilin əvvəlindən də eyni intensivliklə davam etdirilir. ANAMA-dan verilən məlumata görə, azad edilmiş ərazilərdə cari ilin iyul ayında 614 piyada əleyhinə mina, 174 tank əleyhinə mina, 2106 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, ay ərzində 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Azad ərazilərdə avqustun 10-dan 16-dək olan müddətdə isə 25 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 614 digər partlayıcı hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.Məlumata əsasən, bir həftə ərzində 1700.4 hektar ərazi minalardan təmizlənib.
Vətəndaşlara çağırış
İşğaldan azad olunmuş ərazilərdə avqust ayında baş vermiş təhlükəli mina partlayışları ilə bağlı Azərbaycanın müxtəlif dövlət qurumları məlumat yayaraq narahatlıqlarını ifadə ediblər və vətəndaşlara çağırış ünvanlayıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) son mina partlayışları ilə bağlı “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilir: “Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb. Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır”.
ANAMA, DİN və Baş Prokurorluq isə avqust ayında baş verən mina partlayışları ilə bağlı yaydıqları məlumatda bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırırlar.
İşğaldan azad olunmuş ərazilər hər bir azərbaycanlı üçün son dərəcə əzizdir. Biz uzun illər boyunca o yerlərin həsrəti ilə yaşamışıq. Buna görə də azad ərazilərə getmək, o yerlərin gözəlliyini seyr etmək, torpağını öpüb gözümüzün üstünə qoymaq istəyirik. Bu insani hisslər və duyğulu yaşantılar tam başadüşüləndir. Ancaq mənfur düşmənin əməllərini də unutmamalıyıq, ailəmizi, uşaqlarımızı qorumaq üçün səbrli, ehtiyatlı və müəyyən olunmuş qaydalar çərçivəsində davranmalıyıq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

