Auditorlar Palatasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
17.01.2014 [10:36]
Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Auditorlar Palatasında tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələri haqqında ətraflı söhbət açıb. Qeyd olunub ki, 24 il əvvəl Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Həmin ağır və çətin günlərdə xalqının səsinə ilk olaraq Ümummilli lider Heydər Əliyev səs verib. Ulu öndər Özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib və təcavüzə kəskin etirazını bildirib. Eləcə də faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu ittiham edib. O vaxtlar, özü də imperiyanın paytaxtında belə kəskin bəyanat vermək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər bu addımı atmaqla Vətəni, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini bir daha nümayiş etdirdi.
Tədbirdə bildirilib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı eyni zamanda faciəyə verilən ilk siyasi qiymət idi. Ulu öndər tərəfindən verilmiş Fərman və sərəncamlarla 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilib, genişmiqyaslı tədbirlər həyata keçirilib. “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub, bu tarix ölkəmizin rəsmi təqviminə Ümumxalq Hüzn Günü kimi daxil edilib, Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldılıb, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülüb.
F.İsmayılov vurğulayıb ki, Ulu öndər tərəfindən əsası qoyulan həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələri üçün Prezident Təqaüdü təsis edilib, onların sosial təminatı, məişət və digər sosial problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbirə yekun vuraraq qeyd edib ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mühüm səhifələrindən biri olan 20 Yanvar təkcə əvəzsiz itkiləri, nisgilləri və yaraları ilə deyil, həm də ibrət dərsləri ilə yadda qalıb. Faciə qurbanlarının milli azadlıq mübarizəsi tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxSosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49

