/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Budapeştdə uşaq müəssisəsinin yeni korpusunun təməli qoyulub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Budapeştdə uşaq müəssisəsinin yeni korpusunun təməli qoyulub
17.01.2014 [10:40]
Yanvarın 16-da Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təntənəli təməlqoyma mərasimi keçirilib. Bu xeyriyyə layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Hazırda bu mərkəz uşaq evi, uşaq bağçası və ibtidai məktəbdən ibarətdir. Müəssisə açılandan bəri uşaqlar burada xüsusi təhsil almaqla yanaşı, müxtəlif reabilitasiya proqramları və hərəkət imkanlarının, fərdi qabiliyyətlərinin artırılmasına yönəlmiş təmrinlər vasitəsilə müalicə olunur, habelə peşə vərdişlərinə yiyələnirlər. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.
Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək Mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. Tikinti başa çatdırılandan sonra həmin korpus mövcud binalar kompleksi ilə birləşdiriləcək. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetr olacaq. Layihəyə əsasən, binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulub.
Təntənəli mərasimdən əvvəl Mərkəzin binasında Macarıstanın baş naziri aparatının xarici siyasət və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto və Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevin görüşü olub. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və mərkəzin rahibəsi Anna Fexer iştirak ediblər.
Tədbirin təntənəli hissəsində yuxarıda adları çəkilən şəxslər çıxış ediblər.
Çıxış edənlər Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini və iki dost xalq arasında münasibətlərin ümumi səviyyəsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra qonaqlar mərkəzin ərazisinə keçiblər. Keşiş Jolt Sereç yeni binanın tikiləcəyi yerə təntənəli şəraitdə müqəddəs su çiləyib, binanın təməli qoyulub.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

