Bakı Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransa ev sahibliyi edəcək
01.06.2026 [10:32]
İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılacaqlar.
Tədbirdə həmçinin, Siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.
Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Siqh və Dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunacaq. Eyni zamanda, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Hindistan tərəfindən siqh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilmiş silahlı hücumlar, zorakılıq aktları və minlərlə günahsız insanın həlak olması faktlarına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistan hökumətinin etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə əməl etməsi məsələləri ətrafında müzakirələr aparılacaq.
1984-cü ilin iyun ayının əvvəllərindən etibarən Hindistan hökuməti tərəfindən siqh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı həyata keçirilmiş silahlı hücum, icmanın dini-mənəvi dəyərlərinə, ibadət azadlığına və tarixi-mədəni irsinə qarşı yönələn dövlət səviyyəsində təşkil edilmiş zorakılıq aktıdır. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələri əsasında toplanmış məlumatlara əsasən, silahlı hücum nəticəsində Amritsar və ətraf şəhərlərdə 8 minə qədər mülki şəxsin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, bu ilin mart ayında Bakı Təşəbbüs Qrupu və “Siqh Federation International” tərəfindən birgə hazırlanmış “Sərhədləri aşaraq: Siqh diasporuna qarşı Hindistanın transmilli repressiyası” adlı hesabatda Hindistan hökumətinin ölkədən kənarda yaşayan diaspor nümayəndələrinə qarşı repressiv siyasəti və 1984-cü il Amritsar hadisələri barədə faktlar öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32

