/ / Bakıda Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə milli tədris mərkəzləri rəhbərlərinin birinci konfransı keçirilir
Bakıda Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə milli tədris mərkəzləri rəhbərlərinin birinci konfransı keçirilir
23.01.2014 [10:34]
Yanvarın 22-də Bakıda Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə milli tədris mərkəzləri rəhbərlərinin birinci konfransı işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan da daxil olmaqla 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Konfransın açılışında Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük xidmətinin inkişafından, beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan gömrüyünün modernləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdir. Azərbaycan Gömrük Xidmətinin təşəbbüsü ilə keçirilən və Dünya Gömrük Təşkilatı tərəfindən dəstəklənən bu konfrans qarşıda duran hədəflərə çatmağa yardım edəcək. Dövlət tərəfindən gömrük sahəsinin inkişafına böyük dəstək verildiyini qeyd edən Aydın Əliyev vurğulayıb ki, 2011-ci ildə Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə regional ofisi açılıb, 2003-cü ildə isə Azərbaycan paytaxtında təşkilatın Regional Tədris Mərkəzi fəaliyyətə başlayıb.
Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə direktoru Erik Kik, Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze çıxış edərək gömrük sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyindən, konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans insan resurslarının inkişaf etdirilməsi baxımından qabaqcıl təcrübəni öyrənmək üçün təşkil olunub.
İlk sessiyada “Gömrük peşəkarlığı və bacarıqlar”, “Milli insan resurslarının inkişafı və tədris strategiyaları: işçi heyətinin təkmilləşdirilməsi, bacarıqlar və fəaliyyət”, “Milli təlim-tədris proqramları”, “Milli Tədris Mərkəzi təsis edilərkən infrastruktur və təşkilati çətinliklər” və digər mövzularda təqdimatlar olub, müzakirələr aparılıb.
Yanvarın 24-dək davam edəcək konfrans üç sessiyadan - “Aktual məsələlər və gömrük tədrisi üzrə fikir mübadiləsi”, “Gömrük tədrisində qabaqcıl yanaşmalar”, “Konfransın nəticələri və gələcəyə aparan yol, yekun sənədin hazırlanması” bölmələrindən ibarətdir.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

