/ / Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüş keçirilib
Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüş keçirilib
09.06.2026 [12:03]
Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüş keçirilib.
Bununla bağlı məlumat Partiyanın Mətbuat xidmətindən verilib.
Qeyd olunur ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 9 iyun tarixində Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüşüb.
Görüş zamanı bir sıra önəmli məsələlər ətrafında söhbət aparılıb. Belə ki, dövlət tərəfindən həyata keçirilən təşəbbüslər sayəsində siyasi partiyaların fəaliyyətində yeni inkişaf mərhələsinin yaşandığı vurğulanmışdır. Bildirilmişdir ki, “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra partiyaların inkişafı üçün yeni institusional fürsətlər yaranıb. Müşahidə olunan dəyişikliklər siyasi partiyaların gündəlik fəaliyyətinə də müsbət təsir edir.
Görüşdə təşviq olunan siyasi dialoqun nəticəsində partiyaların artan ictimai nüfuzu, partiya sədrlərinin mediada çıxışları, müxtəlif məsələlərə həsr olunmuş təkliflərin aidiyyəti üzrə təqdim olunma imkanlarının yaradılması, habelə sağlam əməkdaşlıq mühitinin qorunması ilə bağlı olan məsələlər müzakirə olunmuşdur.
Vurğulanıb ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud istiqamətdə görülən işlər ilk növbədə milli birliyin qorunmasına xidmət edir. Siyasi partiyaların sərbəst fəaliyyəti sayəsində eyni zamanda dövlətin demokratik ənənələri də davamlı olaraq inkişaf edir. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan münaqişələrin artımı fonunda strateji əhəmiyyət daşıyan milli birliyin qorunması istiqamətində siyasi partiyaların aktivliyi müstəsna əhəmiyyətə malikdir.
Dövlətin dayanıqlı inkişafı və siyasi sabitliyin qorunması, habelə müxtəlif səpgili informasiya təxribatlarının qarşısının alınmasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək dəyərləndirən Partiya sədri mövcud istiqamətlər üzrə hər zaman dəstək göstərəcəyini vurğulamışdır.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda fəal vətəndaşlıq mövqeyinə görə təşəkkür bildirmiş və milli maraqların qorunması yolunda Gələcək Azərbaycan Partiyasına müvəffəqiyyətlər arzulamışdır.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

