Binəqədi rayonunda 2 fevral - Gənclər Günü qeyd edilib
01.02.2014 [09:00]
Binəqədi rayonunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Bayram tədbirində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Binəqədi RİH başçısının müavinləri, Aparatın məsul işçiləri və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin, rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak ediblər.
Öncə aparıcı Azər Axşam ölkəmizdə Gənclər Gününün tarixi və gənclərlə bağlı dövlətin yürütdüyü səmərəli siyasət barədə məlumat verib. Tədbirdə geniş nitq söyləyən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib. RİH başçısı bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğulayıb. X.İsgəndərov gənclərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış 5 nəfər gənc rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib. Bir nəfər gəncə isə təhsil sahəsində uğurlarına görə, Böyük Britaniyanın London Meridian Kollecində ingilis dili kurslarında iştirak hüququ verilib.
Tədbir xaricdə təhsil alan binəqədili tələbələrin təbrikini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib. Bədii hissədə isə Natiq ritm qrupunun hazırladığı proqram, Şeron qrupunun ifasında mahnılar, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Ramal və Xəyyam Mustafazadənin ifasında musiqi parçaları təqdim edilib. Həmçinin, milli və dünya rəqsindən göstərilən səhnələr gənclərin böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

