Şeyxülislam Allahşükür Paşazadə İstanbulda Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb
05.02.2014 [09:30]
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirəcəyi XVII Avrasiya İqtisadi Zirvəsində iştirak etmək üçün İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb.
Fənər Rum Patriarxının iqamətgahında keçirilən görüşdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak ediblər.
Fənər Rum Patriarxı Varfolomey Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq deyib: “Mərhum Heydər Əliyevlə görüşlərimiz mənim üçün unudulmazdır. Bakıda olarkən kameraların önündə mərhum Əliyev mənə “Siz çox şirin adamsınız” demişdi. Bunu həyatım boyu unutmayacağam”.
Fənər Rum Patriarxı Azərbaycanda müxtəlif dini konfessiyalara göstərilən diqqətdən məmnun olduğunu söyləyib. O, Prezident İlham Əliyevin də Türkiyənin Baş nazirinin yaxın dostu olduğunu, İstanbula tez-tez səfərlər etdiyini deyib.
Patriarx Varfolomey 30 illik fəaliyyəti dövründə dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsi üçün görülmüş işlərdən bəhs edərək vurğulayıb ki, müxtəlif dini konfessiyaların təmsilçiləri qloballaşan dünyada mövcud olan problemlər - sülh, sabitlik, ekologiya kimi məsələlərin həllində birgə hərəkət etməlidirlər.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Patriarx Varfolomeyə çatdırıb, onun nəcib fəaliyyətinin ölkəmizdə rəğbətlə qarşılandığını deyib. Azərbaycandakı dini tolerantlıq şəraitinin bütün dünyada tanındığını qeyd edən QMİ-nin sədri xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Şeyxülislam deyib ki, Azərbaycanda pravoslav, katolik kilsələri və sinaqoqların inşası, məscidlərin tikilməsi və bərpası dövlətimizin başçısının diqqət mərkəzindədir.
A.Paşazadə əlavə edib ki, mədəni və mənəvi dəyərlərin qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri də mühüm rol oynayır.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Ulu öndərimiz Heydər Əliyevin vəfatından sonra İstanbulda keçirilmiş anma mərasimində Patriarx Varfolomeyin unudulmaz çıxışını xatırladıb.
AzərTAc-ın xüsusi müxbirinin başda Dağlıq Qarabağ problemi olmaqla regiondakı münaqişələrin həllində din xadimlərinin rolu ilə bağlı sualını cavablandıran Patriarx Varfolomey deyib ki, bölgəmizdə sülhün və sabitliyin bərqərar olması, münaqişələrin nizama salınması üçün müxtəlif toplantılar keçiriləcək. Bunlardan biri mart ayının əvvəlində İstanbulda təşkil olunacaq. Dinlərin heç biri münaqişə və müharibələrin olmasını istəməz. Bu, bəzi bədnam siyasətçilərin oyunudur.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

