Cavid Orucovun ləyaqət və mənlik alveri...
06.02.2014 [09:26]
Bir Qarabağ müharibəsi veteranı, bir vətəndaş kimi məni bu yazını yazmağa vadar edən səbəb uzun müddət erməni quldur dəstələrinə, onların qaniçən rəhbərlərinə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuş, anaların, bacıların göz yaşlarını, məsum və günahsız körpələrin donmuş cəsədlərini görmüş bir şəxsin içərisindən gələn hayqırtı və nərədir. Daha doğrusu, bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə adı hallanan, öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovun əməlləridir.
Görünür ki, onun xəyanəti ermənilərə ləzzət verib, onlar da bu bədbəxt ailənin acınacaqlı gələcəyi üzərində, qaniçən, əlləri Azərbaycanın hər bir ailəsinin qanına batmış rəhbərləri ilə birlikdə bu fürsətdən öz maraqları üçün istifadə edirlər.
Orucov bədbəxt adamdır. Hara gedirsən get, özün bilərsən, ancaq Ermənistana yox! Onların ağzına düdük verməyə yox!
Məlumdur ki, səni ermənilər birdəfəlik məişət əşyası kimi istifadə edib atacaqlar. Səni kimdir orada qəbul edən? Fikrin üçüncü ölkəyə rədd olmaqdır. Cəhənnəmə get! O qədər mühacirət edənlər var ki, biri adını siyasi, o biri dini, digəri cinsi azlıq və s. qoyur. Sən adını nə qoyursan? Sənin bir adın var - xƏyanƏtkar. Çünki sən özün cəhənnəm, şuşalı olduğunu unutdun, burada anan, qardaşın, yaxın qohumların olduğunu unutdun.
Sən ən müqəddəs bildiyin nəyə and içsən də, heç kim sənə inanmaz ki, qaynananın vəfat etmiş atasının milliyyətcə erməni olduğu üçün Azərbaycanda kim tərəfindənsə incidilmisən. Çünki dünyada Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, bu baxımdan siyasəti olsun. Adam kişi olar, heç olmasa başqa şey fikirləşəydin. Niyə demirsən ki, Polşadan olan yəhudi qohumun da olub. Sən ikinci dəfə evlənəndə də belə hesab götürmüsən, səni heç ailə də maraqlandırmır. Rusiyada baş açmamısan, Norveçdə alınmayıb, Azərbaycana qayıtmısan. Almaniyanın və İsrailin Azərbaycandakı səfirliklərinə müraciətlər etsən də, razılıq ala bilməmisən. Çünki orada oturanlar da sənin cəfəngiyyat danışdığının şahidi olublar.
Əgər sənə hər hansı təzyiq olsa idi, sən çoxdan mətbuatda çıxışlar edərdin. Şükür olsun ki, bu saat Azərbaycanda media demokratik durumdadır, nə istəsən yaza və danışa bilərsən.
Orucov, kəsəsi, sən Ermənistandan sığınacaq istəməklə, Azərbaycan reallıqlarını saxtalaşdırmağa çalışmaqla, hələ heç bir azərbaycanlının etmədiyi ən ləyaqətsiz hərəkəti etmisən və bunun altını çəkəcəksən, geci-tezi var. Çox heyif ki, bu işlərdə məsum və günahsız körpələrdən də istifadə edirsən. Elə buna görə də, qurmağa çalışdığın o təmtəraqlı həyat tar-mar olmalıdır. Çünki sən Azərbaycanı, Vətəni və bu vətən üçün canından keçmiş şəhidlərin ruhunu, Azərbaycan bayrağı qalxanda, himni çalınanda göz yaşlarını içərisində boğan Vətən oğullarını satmısan...
Arzu Nağıyev,
Trend-in icmalçısı
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

