/ / Mübariz Qurbanlı: Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır
Mübariz Qurbanlı: Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır
07.02.2014 [09:15]
“Prezident İlham Əliyevin dediyi fikirlərdə korrupsiyanın aradan qaldırılmasının kompleks ideyası, kompleks həlli yolları göstərilib”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin fevralın 5-də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına həsr olunan konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
M.Qurbanlı qeyd edib ki, korrupsiyaya qarşı mübarizə bütövlükdə dünya miqyasında gedən bir mübarizədir, hətta BMT səviyyəsində belə müzakirə obyektidir: “Bu, bütün dünyanın problemidir. Əsas məsələ korrupsiyaya qarşı mübarizənin necə aparılmasıdır. Yəni korrupsiya olmayan ölkə yoxdur. Əsas korrupsiyanın qarşısını almaq və onu necə aradan qaldırmaq üçün kimin necə mübarizə aparmasıdır. Bu baxımdan cənab Prezidentimiz növbəti illərdə də korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərdə gedəcəyini xüsusi vurğulayıb”.
Millət vəkili bildirib ki, indiyə qədər də Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılıb. Onun sözlərinə görə, ən əsası korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq lazımdır: “Bunun aradan qaldırılması üçün isə buna şərait yaradan bu və ya digər amillər yox edilməlidir. Misal üçün, “ASAN xidmət”in yaradılması, əhali arasında korrupsiyaya qarşı mübarizə ilə bağlı təşviqat işinin genişləndirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizənin inzibati yolla aradan qaldırılması istiqamətində qanunvericiliyin möhkəmləndirilməsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır”.
M.Qurbanlı vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə bir neçə istiqamətdə aparılır - iqtisadi, mənəvi-psixoloji və hüquqi: “Bu üç istiqamət vahid bir məqsədə xidmət etməlidir. Azərbaycanda bu istiqamətlər üzrə iş gedir. İqtisadi islahatların aparılması, hüquqi müstəvidə qanunvericilikdə bu məsələnin daha kəskin şəkildə qoyulması, mənəvi-psixoloji cəhətdən isə məmurların məsuliyyəti, məmurlar arasında və xalq arasında izahat işi. Ona görə də cənab Prezidentimizin dediyi fikirlərdə korrupsiyanın aradan qaldırılmasının kompleks ideyası, kompleks həlli yolları göstərilib. Bu, əvvəllər qəbul olunmuş qanunlar və tədbirlərlə davam edəcək. Mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır”.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

