/ / Binəqədi rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Binəqədi rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
15.02.2014 [10:59]
Tədbirdə, həmçinin, “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda
fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də elan edilib
Dünən Binəqədi rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkilləri Madər Musayev, Rəfael Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qarşısındakı adidəsi önünə gül dəstələri qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Binəqədi rayonunda 2013-cü il ərzində görülmüş işlərdən bəhs edən film nümayiş etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hesabat məruzəsi ilə çıxış edərək 2013-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə əldə olunmuş uğurlardan, Bakı şəhəri və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Azərbaycandakı hərtərəfli müsbət dinamikanı xüsusi qeyd edən Xaləddin İsgəndərov 2013-cü ildə ölkə həyatında ən əlamətdar hadisə kimi dövlət başçısı İlham Əliyevin xalqın böyük əksəriyyətinin etimadını qazanaraq yenidən Prezident seçilməsini diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı bunu cənab Prezidentin yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətə Azərbaycan xalqının obyektiv münasibətinin real təzahürü kimi səciyyələndirib.
Çıxışda ölkənin hərtərəfli potensialının güclənməsi fonunda rayonun sosial-iqtisadi sahədə qazandığı uğurlardan bəhs olunub. Xaləddin İsgəndərov konkret statistik rəqəmlər əsasında 2013-cü ildə rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində görülmüş işlərdən, əldə edilmiş uğurlardan danışıb. Ötən il ərzində reallaşdırılmış və vətəndaşların sosial rifahının, həyat səviyyəsinin yüksəlməsinə xidmət edən tədbirlərdən danışan Xaləddin İsgəndərov şəffaflığının və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə elektron hökumətin yaradılması istiqamətində görülmüş işləri qeyd edib.
Hesabat məruzəsindən sonra rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun rektoru Asəf Zamanov çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışıb.
Tədbir iclasın qərar layihəsi və Prezident İlham Əliyevə ünvanlanmış müraciətin mətninin oxunması ilə davam edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək Prezident İlham Əliyev tərəfindən mətbuata göstərilən qayğıdan və jurnalistlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə media ilə sıx əməkdaşlığına görə rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova KİVDF-nin xüsusi mükafatı təqdim edilib.
Qeyd olunub ki, ötən il noyabrın 6-da Binəqədi rayon İcra Hakimiyyəti və KİVDF tərəfindən “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqəyə 45 yazı verilib və jurnalistlərin 19-u mükafata layiq görülüblər. Tədbirdə fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, qaliblər arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxSosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04

