/ / Bakıda “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda Beynəlxalq seminar keçirilib
Bakıda “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda Beynəlxalq seminar keçirilib
21.02.2014 [09:22]
Fevralın 20-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda Beynəlxalq seminar keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi istiqamətində təşkil olunan seminarların əhəmiyyətindən danışıb. Bildirib ki, bu seminar agentliyin “Copyright-Internet” mövzusunda keçirdiyi silsilə tədbirlərin davamıdır. Seminarda nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırır.
K.İmanov bildirib ki, internetdə müəllif hüquqlarının qorunmasına həsr olunmuş seminar MHA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində keçirdiyi yekun tədbirdir. Seminarın digər səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, cari ildə internetin yaranmasının 45 illiyi qeyd olunacaq. Bu günlərdə Avropa Parlamenti rəqəmli hüquqların idarəçiliyi üzrə onlayn qaydada istifadə olunan əsərlərə dair müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi haqqında Direktiv qəbul edib.
MHA-nın sədri bu baxımdan tədbirin aktuallığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı bir sıra sənədlərin qəbul olunduğunu, rəqəmli hüquqların idarəçiliyi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə böyük təcrübənin qazanıldığını qeyd edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və bununla əlaqədar ölkədə silsilə tədbirlər həyata keçirilib. MHA-nın və DƏMT-in birgə təşkil etdikləri beynəlxalq seminar bu çərçivədə keçirilən ən əhəmiyyətli tədbirlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, bu seminar MHA-nın fəaliyyətinin hiperaktivliyinin göstəricisidir. Elmin, demək olar ki, bütün sahələrində müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayan E.Babayev MHA-nın bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirib.
Fondun icraçı direktoru bu il Bakıda BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə konfrans keçiriləcəyini diqqətə çatdırıb, həmin tədbirdə innovasiya və müəllif hüquqlarının müzakirə edilməsi təklifini irəli sürüb.
Tədbirdə MHA-nın sədri Kamran İmanovun “İnternetdə müəlliflik hüququnun qorunması ilə bağlı çağırışlar. Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.
Seminarda yerli və beynəlxalq mütəxəssislər məruzələrlə çıxış ediblər.
DƏMT-in sektor müdiri xanım Saule Tlevlessova “Müəlliflik hüququ üzrə DƏMT-in cari fəaliyyətləri. Pekin və Mərakeş müqavilələri. Digər məsələlər” mövzusundakı məruzəsində təmsil etdiyi qurumun fəaliyyətindən söz açıb.
Tədbirdə Mərkəzi və Şərqi Avropa Müəlliflik Hüququ Alyansının (CEECA) sədri Mihali Fiçerin “Rəqəmli mühitdə müəllif hüquqlarının təminatı”, “İnternetdə kreativ məhsulların yayılması üçün inkişaf etdirilən lisenziyalaşdırma üsulları”, “İnternet servis provayderlərinin vasitəçilik öhdəlikləri: kross-yurisdiksiya müqayisəsi” mövzularında məruzələri dinlənilib.
Seminarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov “Əqli mülkiyyət hüquqlarının qorunması. İnternet təhlükəsizliyi”, Beynəlxalq Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Maksim Prokş “İnternetdə kreativ fəaliyyət nəticələrinin dövriyyəsinə yeni yanaşmalar” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

