/ / İranın “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar
İranın “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar
21.02.2014 [09:32]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar həmin qurumun təmsilçiləri ilə görüşüb.
Komitədən AzərTAc-a bildirilib ki, görüşdə Əli Həsənov ölkəmizin son illər dinamik inkişafından danışıb. Bildirib ki, respublikamızda fəaliyyət göstərən humanitar təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan hökuməti onların gördükləri işləri artıq öz üzərinə götürüb. İndi yardımlar dünyanın daha çox ehtiyac duyulan ölkələrinə göndərilir.
Baş nazirin müavini, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda fəaliyyət göstərən 80 humanitar qurumdan bu qədər uzun müddət fəaliyyət göstərən təşkilat məhz İmdad Komitəsidir.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda İmdad Komitəsinin gördüyü işlər həmişə yüksək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra İmdad Komitəsi həmin ərazilərdə fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Bildirilib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Səmimi qəbula və təşkilatın fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər qurumun yaranma tarixi və fəaliyyəti barədə danışıb. Bildirilib ki, komitənin fəaliyyəti həm də Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına, ikitərəfli strateji əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verib.
Sonda Əli Həsənov 20 ildən artıq müddətdə ölkəmizdə gördüyü işlərə görə İmdad Komitəsinə minnətdarlığını bildirib, təşkilatın rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

