Artur Rasizadə: Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dərin tarixi kökləri var
21.02.2014 [09:43]
Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski ilə görüşüb.
AzərTAc xəbər verir ki, Azərbaycan və Bolqarıstan baş nazirlərinin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub.
Baş nazir Artur Rasizadə bildirib ki, yüksək səviyyədə olan Azərbaycan-Bolqarıstan münasibətlərinin dərin tarixi kökləri var. O, qeyd edib ki, hazırda ölkələrimiz arasında dövlət başçıları səviyyəsində yaxşı münasibətlər mövcuddur.
Azərbaycanın Baş naziri iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunaraq vurğulayıb ki, ölkələrimiz arasında istifadə olunmamış xeyli potensial var. O deyib: “Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir. Sənaye, turizm, humanitar əlaqələr sahələrində təmas nöqtələri tapmaq lazımdır”.
Artur Rasizadə deyib ki, Azərbaycan müdafiə qabiliyyətinin artırılması məsələlərinə də xüsusi diqqət yetirməyə məcburdur, çünki ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqına və məcburi köçkünə çevrilib. Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, nəticədə qadınlar, uşaqlar və qocalar qətlə yetirilib.
Azərbaycanın Baş naziri əmin olduğunu bildirib ki, Bolqarıstanın Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin hərtərəfli inkişafına təkan verəcək.
Bolqarıstanın Baş naziri Plamen Oreşarski vurğulayıb ki, Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlar yüksək qiymətə layiqdir. P.Oreşarski deyib ki, Bolqarıstan energetika sahəsində Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət yetirir və SOCAR-ın Bolqarıstana sərmayə yatırması üçün yaxşı imkanlar var.
Baş nazir Plamen Oreşarski, həmçinin təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi sahələrində əməkdaşlıq potensialını qeyd edib.
Danışıqlar zamanı Bakı və Sofiya arasında birbaşa aviaxəttin açılması, iki ölkənin sahibkarlarının əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə Bolqarıstan-Azərbaycan biznes forumunun keçirilməsi imkanlarına da toxunulub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22

