Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
22.02.2014 [13:23]
Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Bişkekdəki ali məktəblərin tələbələri, Azərbaycan diasporunun fəalları və kitabxanaların oxucuları iştirak ediblər.
Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 487 dinc sakin ağır yaralanaraq şikəst olub, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyil. Həmin faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Onun sözlərinə görə, ilk dəfə xalqımızın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olub. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Bu gün dünyanın bir sıra beynəlxalq təşkilatlarında Xocalı soyqırımı daim gündəmə gəlir, insanlığa qarşı edilən bu soyqırımı pislənir”.
N.Məmmədov deyib ki, Azərbaycan gücləndikcə, onun beynəlxalq mövqeləri möhkəmləndikcə ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də daha effektiv tədbirlər həyata keçirilir. O, Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd edərək vurğulayıb ki, fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası bu mənada böyük əhəmiyyətə malikdir: “Elə, məhz bu fəaliyyətlərin nəticəsidir ki, artıq bir çox ölkələr Xocalı soyqırımını tanıyıblar”.
Daha sonra Vahid Mustafayevin çəkdiyi və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilərək dublyaj olunmuş “Xoca” filminin Kitabxanalar sisteminə daxil olan 30 kitabxanada eyni vaxtda təqdimatı olub.
Xəbər lenti
Hamısına baxElm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28

