/ / Moldova ombudsmanı: BMT-də Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır
Moldova ombudsmanı: BMT-də Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır
26.02.2014 [09:47]
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin, Milli QHT Forumunun və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, Azərbaycan dövlətinin və qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyətlərindən danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu istiqamətdə mühüm uğurların əldə edildiyi vurğulanıb. R.Zeyni deyib ki, Xocalı soyqırımının bir neçə ölkənin parlamentində tanınmasına baxmayaraq, əksər dövlətlər bu məsələdə hələ də ikili standartlardan çıxış edir: “Ümid edirik ki, haqq-ədalət tezliklə öz yerini tapacaq, beynəlxalq ictimaiyyət Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verəcək və bu faciəni törədənlər cəzalandırılacaqlar”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir. Tarixə ekskursiya etsək görərik ki, istər 1905-1907-ci illərdə, istərsə də II Dünya müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetiriliblər. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı törədiblər. Xocalı qətliamı isə bu soyqırımıların zirvəsində dayanır. Ə.Amaşov vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bununla da bütün dünya mənfur düşmənin simasını daha yaxşı tanıyacaq.
Moldova ombudsmanı Aureliya Qriqoriu bildirib ki, Xocalı həqiqətlərini beynəlxalq tribunala çıxarsaq bunun nə qədər böyük bir faciə olduğunu dünyaya çatdırmış olarıq. O deyib: “Mən İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. İyirmi iki il keçməsinə baxmayaraq, bu faciəyə siyasi-hüquqi qiymət verilməmişdir. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır. Ermənilərin bir daha Azərbaycanla bağlı çirkin əməllər törətməsinə imkan verilməməlidir. Artıq ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir”.
Sonda BMT-yə, Avropa Şurasına, ATƏT-ə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

