Binəqədi rayonunda Milli Qəhrəmanlar abidəsinin açılış mərasimi keçirilib
27.02.2014 [09:14]
Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində, fevralın 25-də Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, fəal gənclər, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirib, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu deyib. Natiq ölkəmizdə, həmçinin, Binəqədi rayonunda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini və belə tədbirlərin ənənəvi hal aldığını vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan müstəqil Azərbaycanın güclü ordusu var və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğu daim diqqət mərkəzində saxlanılır.
Sonra İlqar Süleymanov, millət vəkili Madər Musayev, həmçinin, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevin iştirakı ilə abidənin açılışı olub. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək Milli Qəhrəmanların xatirəsinin daim əziz tutulduğunu deyib: “Məlumdur ki, dövlətimiz daima Milli Qəhrəmanlara və onların ailə üzvlərinə, həmçinin, şəhid ailələrinə qayğı göstərir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, Prezident İlham Əliyev Qarabağ şəhidlərinin xatirəsini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Prezidentin bu yöndə göstərdiyi qayğının bariz nümunələrindən biri bu parkın açılışıdır. Göstərilən diqqət və qayğıya, həmçinin, belə bir parkın açılışına və şəhid Milli Qəhrəmanların büstlərinin ucaldılmasına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Mərasimdə çıxış edən Milli Qəhrəmanlar Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Allahverdi Bağırovun qızı Aynur Bağırova, Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova qəhrəman vətən övladlarının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndiriblər.
Mərasimdə Binəqədi rayonu 299 saylı orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirilib, Milli Qəhrəmanların həyat yolları barədə tədbir iştirakçılarına məlumat verilib və məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları ifa edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

