/ / Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
28.02.2014 [09:04]
Fevralın 27-də Buxarestdəki nüfuzlu “Hyperion” Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi” adlı konfrans keçirilib. Tədbirdə “Hyperion” Universitetinin rəhbərliyi və müəllim heyəti, tələbələri, Buxarest Yazıçılar İttifaqının nümayəndələri, Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin tədqiqatçıları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar toplumunun nümayəndələri iştirak ediblər.
Tədbiri “Hyperion” Universitetinin hüquq, jurnalistika və psixologiya fakültəsinin dekanı İon Marin açıb. O, belə tədbirlərin dünyada baş verən münaqişələrə düzgün qiymətin verilməsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin və onların havadarlarının məkrli siyasətindən danışıb. İ.Hacıyev ötən əsrin qəddarcasına törədilmiş faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı söhbət açıb, Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin əhalisinin azərbaycanlılardan ibarət olduğuna görə bir gecədə yer üzündən silindiyini, erməni vandallarının yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdiklərini, qocalara, qadınlara, uşaqlara amansız işgəncə verdiklərini diqqətə çatdırıb. O, Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. İ.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs edib və bu kampaniyanın Dağlıq Qarabağ problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində uğurlu və uzaqgörən strategiya olduğunu vurğulayıb. O, tədbir iştirakçılarını, tələbələri bu kampaniyaya qoşulmağa çağırıb.
Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürov Ermənistanın Azərbaycana qarşı təcavüzünü faktlarla iştirakçıların diqqətinə çatdırıb və hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. T.Şükürov bildirib ki, hazırda İnterpolun xətti ilə barəsində beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr olunmuş “Ruhumuzun canlanması” adlı əsərində onun Xocalı soyqırımına haqq qazandırdığını və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini fəxrlə etiraf etdiyini söyləyib.
Rumıniya Prezidentinin strateji, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Yulian Kifunun rəhbəri olduğu Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin baş tədqiqatçısı xanım Lavinia Kristiana Lupu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, onun ağır nəticələri və problemin həlli prosesi barədə iştirakçılara məlumat verib. O, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin kütləvi qırğınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd edib. Xanım Lupu Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıdakı qətliamda birbaşa iştirak etdiyini vurğulayıb.
Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea “Dağlıq Qarabağ münaqişəsi və Xocalı” adlı interaktiv təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən danışıb. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs edib. H.Qırbea bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ölkənin torpaqlarının 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Sədr XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulayıb.
Tədbirin sonunda Xocalı soyqırımı barədə qısametrajlı film göstərilib. Faciə ilə bağlı broşürlər və kitablar tədbir iştirakçılarına paylanıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

