Zəfərin təntənəsi, müstəqilliyin siyasi doktrinası: tarixi dərslərdən qüdrətli gələcəyə
05.10.2026 [16:19]
2026-cı il oktyabrın 2-də ölkəmizin ictimai-siyasi həyatında böyük bir hadisə kimi baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı sadəcə bir siyasi təşkilatın hesabat tədbiri olmaqla qalmayıb, Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk fundamental yığıncaq kimi partiyanın tarixinə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi təkcə partiya fəalları üçün yox, bütövlükdə xalqımız və regionumuz üçün, sözün tam mənasında, gələcək yol xəritəsidir.
Prezident İlham Əliyev öz nitqində bu gün qazanılan şanlı qələbələrin köklərinə nəzər salaraq ölkəni fəlakətə sürükləyənlərlə, onu xilas edənlər arasındakı tarixi təzadı tam çılpaqlığı ilə ortaya qoydu. 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən dırnaqarası liderlərin qorxaqlığı və fərariliyi utancverici bir xronologiya kimi xatırlandı. Müharibə şəraitində olan ölkəni başlı-başına buraxıb Bakıdan qaçan rəhbərlər xalqı humanitar və iqtisadi fəlakətin ağuşuna atmışdı. 1000 faizdən çox inflyasiya, boş xəzinə, işıq və qaz qıtlığı, vətəndaş müharibəsi və 1 milyon qaçqın-köçkün ordusunun mövcudluğu ilə səciyyələnən belə bir iflic vəziyyətində 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən cəsarətli insanların yaratdığı Yeni Azərbaycan Partiyası əsl ictimai sifarişə və nicat yoluna çevrildi. Dövlət başçısının vurğuladığı mühüm məqamlardan biri artıq tarixin ibrət dərsinə çevrilmiş reallıq idi: “…Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın”.
Ulu Öndərin müəyyən etdiyi ana xətt – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial strategiyası ölkəni beynəlxalq təcriddən çıxardı, “Əsrin kontraktı” ilə iqtisadi intibahın əsasını qoydu. Bu siyasətin məntiqi davamı olaraq Azərbaycan 2003-cü ildən bu yana böyük bir qüdrət yoluna qədəm qoyub və artıq dünya arenasında bir “orta güc dövləti” kimi qəbul olunur. 2003-cü ildə verilən vədlər tam yerinə yetirilib; suverenlik bərpa olunub və Ermənistanla sülh dünyanın “ən mötəbər məkanı” olan Ağ Evdə möhürlənib.
Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bütün qütblərlə ləyaqətli təmasda olan ikinci bir ölkə tapmaq çətindir. Prezident İlham Əliyev Azərbaycanı heç bir geosiyasi düşərgəyə qoşulmayan və qoşulmayacaq müstəqil bir amil kimi xarakterizə etdi. Dünyanın bir-birinə düşmən kəsilən qüvvələrinin yüksək vəzifəli nümayəndələri riskləri azaltmaq üçün məhz Bakıda görüşürlər. Çünki Azərbaycana və onun liderinin sözünə qlobal miqyasda böyük inam var. Dövlət Başçısının bəyan etdiyi kimi: “Sözümüz imzamız qədər dəyərlidir. Heç vaxt ikibaşlı oyun oynamamışıq”.
Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında 4 illik uğurlu rəhbərliyi ilə tarix yazdı. Coğrafi olaraq Cənubi Qafqazda yerləşsə də, heç bir presedenti olmadan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edildi. Müsəlman aləminin ən böyük ölkələrini birləşdirən D-8 təşkilatı da 30 illik tarixində ilk dəfə məhz Azərbaycana öz qapılarını açdı. Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaş olan ölkəmiz, eyni zamanda dünyanın iki supergücü – Çin ilə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi, ABŞ ilə isə Strateji Xartiya imzalayaraq nadir diplomatik uğura imza atdı.
Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində və 2023-cü ilin 20 sentyabrında antiterror əməliyyatlarında lazımi vaxtda dayanmağın arxasında dayanan böyük strateji düşüncəni və uzaqgörənliyi izah etdi: “…Bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”. Azərbaycan əbədi müharibə deyil, dayanıqlı sülh tərəfdarıdır.
Bununla belə, Azərbaycan Prezidenti ölkəmizdən Şimalda, Cənubda və Yaxın Şərqdə – bütöv perimetr üzrə müharibə ocaqlarının alovlandığı, beynəlxalq hüququn tamamilə sıradan çıxdığı indiki dünyada hərbi qüdrətin artırılmasını birinci vəzifə kimi irəli sürdü. Erməni nankorluğunun tarixi dərslərini bundan sonra heç vaxt unutmayacaq Azərbaycan növbəti ilin Dövlət büdcəsində hərbi xərclərini 9 milyard manata yaxınlaşdıraraq hər an düşməndən on qat güclü olmaq doktrinasını rəhbər tutur. Ali Baş Komandanın dediyi kimi: “…Əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”.
Müstəqil siyasətin arxasında dayanan ən böyük sütun iqtisadi müstəqillikdir. Prezident ölkənin maliyyə gücünü heyrətamiz rəqəmlərlə ifadə etdi. Son iki ildə Bakıda keçirilən, öz idarəçiliyində 30 trilyon dollardan çox vəsait olan qlobal fondların rəhbərlərinin iştirak etdiyi Beynəlxalq İnvestisiya Forumlarında 20 milyard dollardan çox investisiya kontraktları imzalanıb.
Digər tərəfdən, Azərbaycan xarici borcunu ümumi daxili məhsulun (ÜDM) cəmi 5,6 faizinə qədər endirib. Bu, inkişaf etmiş ölkələrdə 100-120 faiz təşkil etdiyi halda, Azərbaycanda dünya üzrə ən aşağı göstəricilərdən biridir. “Biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik”, – deyən Prezident İlham Əliyev gələcək nəsillərə borc yükü saxlanılmayacağını vurğuladı. Eyni zamanda, nəhəng ordu quruculuğı və Qarabağın bərpası xərclərinə rəğmən ölkənin valyuta ehtiyatları 90 milyard dollara çatıb ki, bu da xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Bu güclü iqtisadiyyatın bəhrəsi olaraq Prezident tərəfindən gələn il ölkədə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin qaldırılması barədə qəti göstəriş verilib.
Qlobal enerji böhranının, Şimalda və Cənubda neft məhsulları təchizatının dayandığı bir vaxtda Azərbaycan nadir ölkələrdəndir ki, dünya bazarına xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya və gübrə ixrac edir. Qeyd edildiyi kimi, hətta dünyada “yaşıl gündəlik” tezisləri ilə gündəmdə olmağı sevən aktivistlər də artıq anlayıblar ki, neftsiz və qazsız iqtisadiyyat mümkün deyil. Onların COP29 ərəfəsində Azərbaycana qarşı apardıqları ciddi arqumentlərə əsaslanmayan qərəzli kampaniyaları da puça çıxdı. Bu gün Azərbaycanın ümumi neft emalı potensialı 30 milyon tondur (bunun 7 milyon tonu ölkə daxilində, 23 milyon tonu xaricdə sahibi olduğumuz iki zavodda emal olunur). Keçən ay imzalanmış yeni qaz kontraktı isə ölkəyə əlavə 5 milyard kubmetr qaz hasilatı qazandıracaq.
Nəqliyyat sektorunda da misli görünməmiş sıçrayış yaşanır. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi üçün hədəf vaxtilə cəmi 3-4 milyon ton olsa da, bu il həmin rəqəm 16 milyon tona çatacaq. Lakin bu da son deyil, belə ki, Orta Dəhliz və Şimal-Cənub layihələri çərçivəsində yaxın gələcəkdə hədəf tranzit yüklərin həcmini 30 milyon tona çatdırmaqdır ki, bu da minlərlə yeni iş yeri və nəhəng vəsait deməkdir.
Azərbaycanın ən yaxın perspektiv üçün əsas strateji vəzifələrindən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam edir. Prezident İlham Əliyev ən son və qürurverici rəqəmləri açıqladı: bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırılıb və nəticədə artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və hazırda azad edilmiş torpaqlarda 96 min insan yaşayır, çalışır və təhsil alır.
Lakin bu möhtəşəm quruculuğu qorumaq üçün məqsədyönlü ideoloji iş də önəmlidir. İnternet, kiberhücumlar və süni intellekt əsrində xaricdən yönələn ideoloji riskləri fiziki risklər qədər təhlükəli hesaab edən YAP Sədri İlham Əliyev həm uzaq Qərb ölkələrində və sərhədlərimizin bilavasitə o tayında yaradılan azərbaycandilli resursların yeganə məqsədinin gənclərin beynini zəhərləmək, xalq-dövlət birliyini sarsıtmaq olduğunu xüsusi vurğulayaraq, bu təxribatlara qarşı iki fundamental sipəri elan etdi: təhsil və vətənpərvərlik.
Azərbaycan lideri partiya fəalları qarşısında formal tədbirlərdən və şablonlardan uzaq, müasir ideoloji iş qurmaq tələbi qoydu. Ölkəmizin, xalqımızın fərqli təcrübələrdə tez-tez rast gəlinən uydurulmuş süni əfsanələrə ehtiyacı yoxdur – ortada hər bir qarışı dövlətimizin öz maddi resursları, öz gücü hesabına qazanılmış real və möhtəşəm həqiqətləri vardır.
Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı ciddi arqumentlərlə möhkəmləndirilmiş proqram xarakterli nitqi bütövlükdə ölkəmizin perspektivdəki ictimai-siyasi, ideoloji, hərbi, xarici və sosial-iqtisadi istiqamətlərdəki siyasətinin qısa xülasəsindən ibarət oldu. Qurultaydan bütövlükdə hasil edilən əsas siyasi nəticə isə bundan ibarət oldu: 34 ildir ki, milli dövlətçiliyə sədaqətini və özünün monolit siyasi qüvvə kimi sarsılmaz birliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyası öz liderinin çıxışında müəyyənləşdirdiyi bütün vəzifələrin həayat keçirilməsi istiqamətində bundan sonra da əzm və fədakarlıqla çalışaraq, ötən dövrdə olduğu kimi, ölkəmizdə gedən ictimai-siyasi proseslərin mərkəzində dayanaraq Azərbaycan dövlətini yeni qələbələrə daşımaqda davam edəcəkdir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

