YAP-ın VIII Qurultayı: Yeni reallıqlar və qarşıda duran vəzifələr
07.10.2026 [12:12]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirildi. Qurultayın nəinki ölkəmiz, həm də bütövlükdə regionun gələcəyinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyəti var. Partiyanın Sədri, Prezident İlham Əliyevin qurultayın açılış mərasimində etdiyi proqram xarakterli geniş çıxışında regionumuzda uzun illər davam etmiş haqsızlıqlar təsvir olunmaqla yanaşı, yeni reallıqların necə yaradıldığı və bundan sonra həmin reallıqların qurulması və daha da möhkəmləndirilməsi üçün qarşıda hansı vəzifələrin dayandığı əksini tapdı.
Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər yalnız YAP üzvləri üçün deyil, Vətənini və torpağını sevən hər bir Azərbaycan vətəndaşı üçün mühüm yol xəritəsidir. Çünki bu gün əldə edilmiş nailiyyətlərin, o cümlədən sabitliyin, inkişafın və suverenliyin qorunması hər kəsin borcudur. Bu məsuliyyət siyasi, etnik və dini baxışlardan asılı olmayaraq bütün vətəndaşlarımıza aiddir.
YAP-ın VIII Qurultayı Azərbaycanın suverenliyinin tam təmin olunmasından sonra keçirilən ilk partiya qurultayıdır. Təbii ki, suverenliyimizin təmin edilməsi 2020-ci ildə yaradılmış reallıqları yeni müstəviyə çıxardı və VII Qurultayda qarşıya qoyulmuş vəzifə və hədəflərin icrası fonunda VIII Qurultayın keçirilməsi üçün yeni mərhələ formalaşdırdı.
VIII Qurultay Yeni Azərbaycan Partiyasının təsis olunmasından sonrakı dövrdə ölkəmizin keçdiyi mürəkkəb və şərəfli yolun yeni mərhələsini əks etdirir. Qısa tarixi zaman kəsiyində Azərbaycan Respublikasının inkişaf etdirilməsi, qarşıya qoyulmuş əsas strateji hədəfə – ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına nail olunması, separatçılığın yuvasının darmadağın edilməsi və konstitusion hüquqlarımızın bütün ərazilərimizdə bərpa olunması Azərbaycanın şərəfli tarixinin mühüm səhifələrindəndir.
Bəli, bu yol dövlətimiz və xalqımız üçün heç də asan olmayıb. Çünki YAP-ın təsis olunması Azərbaycanın ən çətin dövrlərindən birinə təsadüf edib və xalqın tələbi ilə yaranan partiyanın hakimiyyətə gəlməsi ölkəmizin gələcəyinin müəyyənləşdirilməsi baxımından tarixi zərurət idi.
Əraziləri işğala məruz qalan, ağır faciələrlə üzləşən, beynəlxalq müstəvidə haqq səsi eşidilməyən, ölkə daxilində isə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qalan bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və gələcəkdə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası üçün möhkəm təməllər yaratdı.
Bu ağır və şərəfli yolun təməli 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Atəşkəsin əldə olunması, “Əsrin müqaviləsi”nin imzalanması, dövlət idarəetmə sisteminin formalaşdırılması, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, islahatların başlanması, Konstitusiyanın qəbul edilməsi, ordunun vahid komandanlıq altında birləşdirilməsi və iqtisadi müstəqilliyin təməllərinin yaradılması məhz 1993–2003-cü illəri əhatə edən mühüm tarixi mərhələnin əsas nəticələri idi.
Bu möhkəm təməllər üzərində 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizin haqq səsi beynəlxalq müstəvidə daha geniş şəkildə eşidildi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri qəbul edildi, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ölkədə milli həmrəyliyin və birliyin gücləndirilməsi, siyasi müstəqilliyimizin möhkəmləndirilməsi, ordumuzun gücləndirilməsi və müasir hərbi imkanlarla təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Nəticədə Azərbaycan xalqı tarixi Zəfərə nail olaraq qalib xalq kimi özünü təsdiq etdi.
Həm VII Qurultayda, həm də VIII Qurultayda dövrün çağırışlarına uyğun olaraq yeni tələblər və vəzifələr müəyyənləşdirildi. Bu gün qarşıda duran əsas vəzifələr regionda və dünyada dərinləşən geosiyasi gərginliklər və müharibələr fonunda ölkəmizdə əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq, suverenliyimizi daha da gücləndirmək və yüksək inkişaf tempini davam etdirməkdən ibarətdir.
Dövlət başçımızın qurultayda qeyd etdiyi kimi, ilk növbədə hərbi gücümüzü daha da artırmalıyıq. Çünki tarix dəfələrlə sübut edib ki, dövlət öz gücünə arxayın olmadığı halda müxtəlif təhlükələrlə üzləşə bilər. Biz qazandığımız nailiyyətlərlə kifayətlənməməli, müdafiə qabiliyyətimizi daim yüksək səviyyədə saxlamalıyıq. Azərbaycanın hərbi gücü ölkəmizin təhlükəsizliyinin və suverenliyinin əsas təminatlarından biridir.
Bizim barəmizdə deyilən xoş sözlərə və verilən vədlərə arxayınlaşmaq olmaz. Əksinə, hər zaman ayıq-sayıq olmalı, dövlətimizin müdafiə qabiliyyətini daha da gücləndirməliyik. Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas təminatçılarından biri kimi öz hərbi və iqtisadi gücünü artırmalıdır. Güclü dövlətlə hesablaşırlar. Buna görə də biz həm güclü, həm də beynəlxalq hüquqa hörmət edən dövlət olaraq öz yolumuzu davam etdirməliyik. Məhz güclü Azərbaycan regionumuzda davamlı sülhün və əməkdaşlığın təmin olunmasına daha böyük töhfə verə bilər.
Dövlət başçımızın vurğuladığı digər mühüm məsələ ölkəmizin təhlükəsizliyinin qorunub saxlanılmasıdır. Ətrafımızda müharibələrin davam etdiyi bir dövrdə Azərbaycanın sabitlik adası olması, müstəqil siyasət yürütməsi və dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətləri qurması bəzi qüvvələr tərəfindən həzm olunmur. Buna görə də ölkəmizə qarşı xarici risklər və təhdidlər davam etməkdədir.
Bu təhdidlərin yeni formalarından biri informasiya və ideoloji müstəvidə aparılan mübarizədir. Azərbaycan dilində müxtəlif informasiya kanallarının yaradılması, sosial şəbəkələrin və süni intellektin yaratdığı imkanlardan istifadə etməklə cəmiyyətə təsir göstərmək cəhdləri artıq müasir təhlükəsizlik məsələlərinin mühüm hissəsinə çevrilib. Bu gün rəqəmsal texnologiyalar və sosial media sərhəd tanımır. Müxtəlif qüvvələr bu imkanlardan istifadə etməklə ölkəmizdə milli həmrəyliyi və birliyi zəiflətməyə, cəmiyyətdə parçalanma yaratmağa və dövlət institutlarına inamı sarsıtmağa çalışırlar.
Ona görə də belə cəhdlərə qarşı ideoloji və informasiya sahəsində sistemli iş aparılmalıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, ideoloji işin miqyası genişləndirilməlidir. Bunun üçün ilk növbədə təhsilin keyfiyyətini artırmalı, cəmiyyətin bilik səviyyəsini yüksəltməliyik. Bilikli və savadlı cəmiyyət doğrunu yanlışdan ayıra, manipulyasiyaları daha asan müəyyən edə və xarici təsirlərə qarşı daha dayanıqlı ola bilər.
Bütün uğurlarımızın təməlində iqtisadi müstəqilliyimiz dayanır. İqtisadi cəhətdən asılı olan ölkə müstəqil siyasət yürütməkdə və öz milli maraqlarını müdafiə etməkdə çətinlik çəkir. Bu baxımdan Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələrini hər bir vətəndaşımız gündəlik həyatında hiss edir.
Dövlət başçımız qurultayda 2027-ci ildən minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı fikirlər səsləndirdi. Əslində, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də sosial siyasətdir. Son illərdə sosial paketlərin icrası və əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətinə çevrilib.
2018-ci ildən bu günə qədər ölkəmizdə maliyyə tutumu 8 milyard manatdan çox olan və 4 milyon insanı əhatə edən 5 sosial paket icra olunub. Bu sosial paketlərin icrası nəticəsində ölkədə minimum əməkhaqqı 130 manatdan 400 manata yüksələrək 3 dəfədən çox, minimum pensiya 110 manatdan 320 manata yüksələrək 2,8 dəfəyə yaxın, orta aylıq əməkhaqqı 2 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfə artıb.
2027-ci ildə icra olunması nəzərdə tutulan 6-cı sosial paketin də 3 milyondan çox insanı əhatə etməsi, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması və nəticə etibarilə insanların sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət etməsi gözlənilir.
Amma onu da qeyd etməliyik ki, güclü iqtisadi baza olmadan sosial siyasəti genişləndirmək mümkün deyil. Məhz buna görə dövlət başçımızın rəhbərliyi ilə ölkə iqtisadiyyatının yeni çağırışlara uyğunlaşdırılması və daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, beynəlxalq investisiya forumlarının keçirilməsinə xüsusi diqqət yetirilir.
Bu il keçirilmiş, sayca ikinci olan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən şirkətlərin aktivlərinin maliyyə dəyərinin 39 trilyon dollardan çox olması Azərbaycana olan marağın və ölkəmizin etibarlı tərəfdaş kimi formalaşmış imicinin göstəricilərindən biridir. İki forum çərçivəsində imzalanmış sənədlərin maliyyə tutumunun 20,8 milyard dollardan çox olması isə Azərbaycanın qarşıdakı illərdə böyük investisiya imkanlarına malik olduğunu göstərir.
Biz neft-qaz sənayesi ilə yanaşı, yaşıl enerji, rəqəmsal texnologiyalar və süni intellekt, aqrobiznes, turizm, dağ-mədən sənayesi, nəqliyyat-logistika və digər sahələrə xarici investisiyaların yatırılmasını, yeni müəssisələrin yaradılmasını, geniş çeşidli məhsulların istehsalını və yeni iş yerlərinin açılmasını müşahidə edəcəyik.
Təbii ki, iqtisadiyyata yatırılan investisiyaların artması iqtisadiyyatın böyüməsinə və güclənməsinə mühüm töhfə verəcəkdir. Son illər dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə edib. Son 20 ildə iqtisadiyyata 360 milyard dollardan çox sərmayənin yatırılması ölkəmizin hərtərəfli inkişafına imkan yaradıb. Güclü iqtisadi baza, hərbi qüdrət və milli həmrəylik Azərbaycanın müharibəni qısa müddətdə Zəfərlə başa çatdırmasına və ərazi bütövlüyünü, daha sonra isə suverenliyini tam bərpa etməsinə imkan verib.
Bununla yanaşı, ölkənin xarici borcunun ÜDM-ə nisbəti 5,6 faiz səviyyəsinə endirilib və bu göstərici valyuta ehtiyatlarımızdan 20 dəfə aşağı səviyyədədir. Bu gün Azərbaycanın valyuta ehtiyatları 90 milyard dollardan çoxdur. Bu isə ölkəmizin maliyyə dayanıqlığının yüksək səviyyədə olduğunu göstərir.
İndiki strateji mərhələdə ölkəmizin əsas prioritetlərindən biri azad ərazilərə Böyük Qayıdışın təmin edilməsiddir. Bu məqsədlə son illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən böyük vəsait ayrılıb. Nəticədə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni yaşayış məntəqələri salınıb və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə insanlar yaşayır, işləyir, təhsil alır və yaradırlar. Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatının mühüm hissəsinə çevrilir. Xankəndidə də yeni inkişaf və quruculuq mərhələsi başlayıb.
Azərbaycanın gələcəyinin daha firavan, təhlükəsiz və dayanıqlı olması üçün ölkəmizin əldə etdiyi nailiyyətləri qorumaq, milli həmrəyliyi möhkəmləndirmək, iqtisadi və hərbi gücümüzü artırmaq, təhsilin və insan kapitalının inkişafına xüsusi diqqət yetirmək vacibdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da məhz yeni dövrün çağırışlarını müəyyənləşdirən mühüm siyasi hadisə kimi yadda qalacaq. Qarşıda duran əsas məqsəd əldə olunmuş Zəfəri və suverenliyi qorumaq, ölkəmizin inkişafını davam etdirmək, xalqımızın rifahını daha da yüksəltmək və Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirməkdir.
Bizim hər birimizin dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkəmizin inkişafına və milli həmrəyliyimizin qorunmasına töhfə verməsi vacibdir. Dövlət başçımızın ətrafında milli birlik və həmrəylik nümayiş etdirmək, əldə etdiyimiz nailiyyətləri qorumaq və gələcək hədəflərə doğru birlikdə irəliləmək Azərbaycanın daha güclü və firavan gələcəyinin əsas təminatlarından biridir.
Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

