/ / 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkirdə təhsil işçiləri ilə görüş keçirildi
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkirdə təhsil işçiləri ilə görüş keçirildi
07.10.2026 [11:45]
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkirdə təhsil işçiləri ilə görüş keçirildi.
YAP Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatşılığı ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri və fərqlənən müəllimlər iştirak etdilər.
Rəşad Tağıyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə hər zaman yüksək dəyər verdiyini, müəllim əməyini cəmiyyətin inkişafı və gələcək nəslin formalaşması baxımından mühüm amil kimi qiymətləndirdiyini diqqətə çatdırdı.
İcra başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və dövlətçiliyin bütün sahələrini əhatə edən inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl şəkildə davam etdirilmişdir. Bu siyasətin mühüm istiqamətlərindən birini də təhsilin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması təşkil etmişdir.
Rəşad Tağıyev qeyd etdi ki, ölkənin davamlı inkişafında təhsilin strateji əhəmiyyəti nəzərə alınaraq bu sahəyə göstərilən dövlət diqqəti ildən-ilə daha da güclənmiş, təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Rəşad Tağıyev vurğuladı ki, müəllim yalnız bilik verən deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və milli-mənəvi dəyərlərə bağlılığının formalaşmasında mühüm rol oynayan şəxsdir. Bu baxımdan müəllimlərin üzərinə düşən məsuliyyət cəmiyyətin gələcəyi ilə bilavasitə bağlı olmuşdur. İcra başçısı müəllimlərin öz peşələrinə məsuliyyətlə yanaşmasının, tədris prosesində müasir yanaşmalardan istifadə etməsinin və şagirdlərin fərdi potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirməsinin vacibliyini qeyd etdi.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev bildirdi ki, ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev müəllim əməyini hər zaman yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsində müəllim amilinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, təhsilalanların savadlı, səriştəli və müasir çağırışlara cavab verən şəxs kimi formalaşmasında müəllimin peşəkarlığı, pedaqoji təcrübəsi və tədris prosesinə yanaşması mühüm rol oynayır. Bu baxımdan müəllimlərin davamlı peşəkar inkişafının təmin edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tədris metodlarının müasir tələblərə uyğunlaşdırılması təhsil siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Vüqar Dadaşov qeyd etdi ki, son illərdə müəllim nüfuzunun artırılması, peşəyə marağın gücləndirilməsi və yüksək hazırlıqlı kadrların təhsil sisteminə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. O, təhsilalanların əldə etdikləri nəticələrin müəllimlərin gündəlik əməyinin, peşəkarlığının və pedaqoji məsuliyyətinin mühüm göstəricilərindən biri olduğunu bildirdi və fərqlənən müəllimləri təbrik etdi.
Tədbirdə çıxış edən digər natiqlər də müəllim əməyinin gənc nəslin mənəvi-intellektual inkişafındakı rolundan bəhs etdilər.
Sonda təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldı və xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58

