/ / Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
04.04.2014 [09:01]
Aprelin 3-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı səmimiyyətlə salamlayan nazir Ramil Usubov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib, Ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, Ulu öndərin “Bir millət, iki dövlət” siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.
General-polkovnik Ramil Usubov iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib. Qonağın bundan öncə Türkiyə Jandarm Qüvvələrinin baş komandanı vəzifəsində çalışdığı dövrdə həmin məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşdığını məmnunluqla xatırladan nazir göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən Necdet Özelə minnətdarlığını bildirib.
Ramil Usubov bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını və dönməzliyinin təmin olunduğunu bildirib. Daxili işlər naziri bunun ilk növbədə, vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və insan alveri ilə yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel dost və qardaş Azərbaycanda yenidən olmağından məmnunluğunu bildirib, iki ölkənin aidiyyəti orqanları, o cümlədən Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib və bu əlaqələrin inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

