Səmərəli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
09.04.2014 [09:28]
Aprelin 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisləri Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən nümayəndələrlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Baş nazir Artur Rasizadə, daha sonra Azərbaycanda mövcud iqtisadi-siyasi durum barədə qonaqlara məlumat verib, onları həyata keçirilən enerji, nəqliyyat və digər irimiqyaslı regional layihələrin icrası ilə tanış edib. Bununla yanaşı, xalqımız üçün ən ağrılı problem kimi həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Artur Rasizadə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olduğunu, soydaşlarımızın yurd-yuvasından didərgin düşdüyünü, münaqişə zonasında sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını bir daha xatırladıb. Baş nazir bölgədə sülhün, əmin-amanlığın bərqərar olması naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.
Nümayəndə heyətinin yekdil rəyini ifadə edərək respublikamızın və onun paytaxtının son illər böyük sıçrayışla inkişaf etdiyinin şahidi olduqlarını qeyd edən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Komitənin iclasında müzakirə olunan məsələlər və imzalanan sənədlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacib olması fikrini dəstəkləyən Valeri Gerasimov, çıxışının sonunda səmimi qəbula və Bakı toplantısının yüksək səviyyədə təşkilinə görə respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə səmərəli hərbi əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

